Icma.az
close
up
RU
Azərkosmos Azerspace 1 peyki üzərindən “Əşyaların İnterneti” (IoT) xidmətini aktivləşdirib

Azərkosmos Azerspace 1 peyki üzərindən “Əşyaların İnterneti” (IoT) xidmətini aktivləşdirib

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) Pakistanın "DynaSys Networks" şirkəti ilə əməkdaşlıq çərçivəsində Azerspace-1 peyki üzərindən “Əşyaların İnterneti” (IoT) xidmətini aktivləşdirib.

Bu barədə "APA-Economics"ə qurumdan bildirilib.

Bu addım Azərkosmosun qabaqcıl texnologiyaları və inkişaf etmiş peyk rabitə xidmətlərini IoT ekosistemi ilə birləşdirərək, kənd təsərrüfatı və hava keyfiyyətinin izlənməsi kimi sahələrdə ən müasir həllərin tətbiqinə imkan yaradır.

Azərkosmosun DynaSys ilə əməkdaşlığı, həmçinin Azərkosmosa öz peyk şəbəkə infrastrukturunu DynaSys-in hərtərəfli IoT platforması ilə inteqrasiya etmək imkanı verir. Bu da öz növbəsində, Avropa, Yaxın Şərq və Afrika regionlarında istifadəçilərə innovativ IoT tətbiqləri ilə əməliyyat səmərəliliyini artırmağa, resursları daha effektiv idarə etməyə və yeni gəlir axınları yaratmağa imkan yaradacaq.

IoT texnologiyası müxtəlif sahələrdə tətbiq olunur, məsələn, kənd təsərrüfatında suvarma sistemlərinin uzaqdan izlənməsi və nəzarət edilməsi, sənaye avadanlıqlarının peyk üzərindən izlənməsi, əmlakın izlənilməsi, gəmi donanmasının idarə olunması, ətraf mühitin davamlılığı, biznes prosesləri və bank xidmətləri sahəsində - müştəri davranışlarının izlənməsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və ödəniş sistemlərinin optimallaşdırılması üzrə tətbiq sahələri mövcuddur.

Qeyd edək ki, DynaSys Networks Pakistan və Birləşmiş Ərəb Əmirliklərində məhsulun inkişafı və sistem inteqrasiyasında innovasiyaların təşviqinə yönəlmiş texnologiya startapıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Mart 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri