Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Böyük perspektivlər vəd edən sahə Əşyaların interneti nədir?

Böyük perspektivlər vəd edən sahə Əşyaların interneti nədir?

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il Azərbaycanda əşyaların interneti (Internet of Things - IoT) bazarının 463.1 milyon ABŞ dolları gəlir əldə edəcəyi gözlənilir. "Statista" portalının proqnozuna görə, bu, illik 10.2 faiz artım deməkdir.

Mütəxəssislər hesab edirlər ki, Azərbaycan ağıllı şəhərlərə və enerji idarəetmə həllərinə diqqət yetirməklə əşyaların interneti bazarında sürətli artım yaşayır. Əşyaların interneti bazarının müxtəlif seqmentləri arasında Əşyaların Sənaye İnterneti (IIoT) seqmenti 119.7 milyon ABŞ dolları həcmində dəyərlə üstün mövqeyə sahib olacaq. 2025-2029-cu illərdə ölkədə əşyaların interneti bazarında gəlirin illik 10.68 faiz artacağı və 2029-cu ildə bazar həcminin 694.9 milyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır.

Bəs görəsən, əşyaların interneti nə deməkdir? Bu sahənin hansı perspektivləri var?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Gəlirlər bir trilyon dollara yaxınlaşıb

Əşyaların interneti qlobal bazarda sürətlə böyüyən və yüksək gəlir gətirən bir sahədir. IoT bazarının gəlirləri ölkələrin texnoloji inkişaf səviyyəsi və bu sahəyə ayırdıqları investisiyalarla birbaşa əlaqəlidir. Gəlirləri əsasən müxtəlif sahələrdə tətbiqindən və innovativ həllərdən qaynaqlanır. 2024-cü ilin statistikasına görə, IoT bazarının qlobal gəliri bir trilyon dollara yaxınlaşıb və hər il təxminən 20-25 faiz böyüyür. 2030-cu ilə qədər bu bazarın altı trilyon dolları keçəcəyi proqnozlaşdırılır.

Hazırda IoT sahəsində ən yüksək gəlir əldə edən ölkələr arasında ABŞ, Çin və Almaniya kimi sənaye nəhəngləri ön plandadır.

"Bu texnologiyanın inkişaf potensialı böyükdür"

"İKT LAB" Tətbiq və Tədris Mərkəzinin Tədris və inkişaf sektorunun müdiri Ayaz Kərimovun fikrincə, IoT artıq gündəlik həyatımızın və sənayenin ayrılmaz hissəsinə çevrilib: "Bu texnologiya fiziki obyektlərin - yəni cihazların, sensorların və proqramların internet vasitəsilə bir-biri ilə əlaqə qurmasını və məlumat mübadiləsini təmin edir. Məsələn, ağıllı evlərdə işıqların və istilik sistemlərinin uzaqdan idarə olunması, sənayedə avadanlıqların monitorinqi və avtomatlaşdırılması kimi tətbiqlər IoT-nin gündəlik həyatda necə istifadə olunduğunu göstərir".

Mütəxəssis hesab edir ki, bu texnologiyanın inkişaf potensialı böyükdür: "Bir neçə əsas istiqamətə toxunaq. Məsələn, smart evlər və şəhərlər - enerji səmərəliliyinin artırılması, təhlükəsizlik sistemlərinin gücləndirilməsi və ümumi yaşayış keyfiyyətinin yaxşılaşdırılması üçün qurulmuş ağıllı infrastrukturdur. "Sənaye 4.0" istehsalat proseslərinin avtomatlaşdırılması və idarə edilməsində səmərəliliyin yüksəldilməsinə xidmət edir. Sağlamlıq və tibbdə uzaqdan xəstə monitorinqi, tibbi cihazların izlənilməsi və erkən diaqnostika kimi imkanların yaradılmasını nəzərdə tutur. Kənd təsərrüfatında məhsuldarlığın artırılması, su və gübrə istifadəsinin optimallaşdırılmasına imkan yaradır. Nəqliyyat və logistikada avtomatlaşdırılmış nəqliyyat sistemləri, real vaxt izləmə və marşrut planlamasını nəzərdə tutur. Enerji idarəetməsində resursların səmərəli istifadəsi və enerji qənaəti üçün ağıllı şəbəkələrdən ibarətdir".

"Xərclər azalır, yeni biznes modellər yaranır"

A.Kərimovun sözlərinə görə, bu bazar müxtəlif məhsul kateqoriyalarını əhatə edir: "IoT bazarı olduqca genişdir. Bu bazara ağıllı ev avadanlıqları, ağıllı termostatlar, ağıllı işıqlandırma sistemləri, təhlükəsizlik kameraları və siqnalizasiya sistemləri, ağıllı ev mərkəzləri və sensorlu smart saatlar, sağlamlıq monitorinq cihazları, istehsalat proseslərini izləyən sensorlar, avtomatlaşdırma sistemləri və nəzarət cihazları, avtomobil sensorları və əlaqə sistemləri, yük və daşınma vasitələrinin izlənməsi, hava keyfiyyəti sensorları, su və enerji monitorinq sistemləri və sair daxildir. Bütün bu məhsullar və texnologiyalar həyatımızı asanlaşdırır, əməliyyat xərclərini azaldır və yeni biznes modellərinin yaranmasına şərait yaradır. İnanıram ki, gələcəkdə IoT həm fərdi istifadəçilər, həm də müəssisələr üçün böyük əhəmiyyət kəsb edəcək. Demək olar ki, həyatımızın hər sahəsində inqilab edəcək".

Əşyaların interneti evimizdə

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, son illər ölkəmizdə əşyaların interneti bazarının payı kifayət qədər artıb: "Texnologiyanın inkişafı həyatımızı əhəmiyyətli dərəcədə dəyişir. Bu irəliləyiş nəticəsində informasiya texnologiyaları sahəsində əşyaların interneti anlayışı meydana çıxıb. Əşyaların interneti müxtəlif obyektlərin internet vasitəsilə insan müdaxiləsi olmadan funksiyalarını yerinə yetirən bir sistemdir. Artıq evimizdəki müxtəlif əşyalar müəyyən qədər internetlə ünsiyyətdədirlər. Misal üçün, əgər smart qurğular qapımızı, pərdələrimizi açıb-bağlayırsa, elektrik avadanlıqlarını söndürüb-yandırırsa, bu o deməkdir ki, evimizdə əşyaların interneti anlayışından istifadə edirik".

Kommunal münasibətlər rəqəmsal formada tənzimlənəcək

Ekspert deyib ki, hazırda dövlət qurumlarında bəzi xidmətlər əşyaların interneti texnologiyasına çevrilir: "Məsələn, qaz və işıq sayğacları ağıllı olacaq. İnsanlar belə sayğaclara müdaxilə etməyəcəklər. Sayğacın özünün interneti olacaq və vətəndaş hər hansısa bank və ya ödəmə sistemindən ödəniş etdiyi zaman pul sistemə köçürüləcək. Hazırda ağıllı sayğac anlayışının yenilənməsini gözləyirik. Burada bir neçə pilot layihə müşahidə olunur. Onları əsasən "Azərişıq" və "Azəriqaz" kütləvi olmayan formada tətbiq edib. Hələlik sistem sınaqdan keçirilir. Ağıllı cihazların tətbiqinə çalışmaqda məqsəd odur ki, insanların qapıları qaz, su, işıq puluna görə döyülməsin. Həmin sahə inzibatçıları vətəndaşlarla birbaşa ünsiyyətə girməsinlər və ödənişlər birbaşa, internetə bağlanaraq köçürülsün".

Ekspertin sözlərinə görə, Azərbaycanda yaxın beş il ərzində kommunal münasibətlər rəqəmsal formada tənzimlənəcək: "Bununla sayğacların tamamilə internetə bağlanması, vətəndaşların onlayn vasitələrlə ödəniş etməsi, sayğacların birbaşa açılması mümkün olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 May 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri