Icma.az
close
up
RU
Ət niyə bahalaşdı? Qəssablar yeni qiymətlərdən danışdılar KONKRET

Ət niyə bahalaşdı? Qəssablar yeni qiymətlərdən danışdılar KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya ət bazarında qlobal böhran yaşanır. Bu səbəbdən qiymətlər yeni rekord həddə çatıb. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2025-ci ilin iyul ayında dünyada ətin qiyməti iyuna nisbətən 1,2 faiz, ötən ilin eyni ayı ilə müqayisədə isə 6 faiz artıb. Elə ölkəmizdə də bu məhsulun qiymətində müntəzəm olaraq yüksəlmə müşahidə edilir.

KONKRET.az xəbər verir ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazasında yer alan göstəricilərə görə, 2025-ci ilin sentyabr ayının ilk həftəsində “8-ci kilometr” bazarında mal ətinin bir kiloqramı orta hesabla 16 manat 75 qəpiyə, quzu əti isə 21 manat 75 qəpiyə satılıb.

Bir il əvvəl bu bazarda mal ətinin bir kiloqramının qiyməti 13 manat 75 qəpik, quzu əti isə 18 manat 25 qəpik təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ət və ət məhsulları demək olar ki, hər ay bahalaşıb. İlin yanvar-iyul aylarında qiymətlər 2024-cü ilin eyni dövrünə nisbətən orta hesabla 6,8 faiz artıb.

İqtisadçı Xalid Kərimli hesab edir ki, qiymətlərin artmasına baxmayaraq, bahalaşmaya səbəb tələbatın azalmamasıdır:

“Artan qiymətləri əhali qarşılaya bilir. Alıcılıq qabiliyyətinin yüksəlməsi yeni bazar tarazlıqları formalaşdırır. Digər səbəb isə saxlanılan heyvanların sayındakı azalmadır. 2021-ci ilin yanvarında ölkədə 2 milyon 651 min baş iribuynuzlu heyvan vardısa, 2025-ci ilin iyulunda bu göstərici 7,4 faiz azalaraq 2 milyon 454 minə düşüb. Eyni dövrdə xırdabuynuzlu heyvanların sayı 8 milyon 90 mindən 15 faiz azalaraq 6 milyon 887 min başa enib”.

Ekspert deyir ki, bundan başqa ölkəyə ət idxalının azalması və dəyərinin yüksəlməsi də qiymətlərə təsirsiz ötüşmür.

Ətraflı Baku TV-nin süjetində:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri