Icma.az
close
up
RU
Ət niyə sürətlə bahalaşər? Səbəblər təkcə iqtisadi deyil...”

Ət niyə sürətlə bahalaşər? Səbəblər təkcə iqtisadi deyil...”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İqtisadçı ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında ölkədə ət məhsullarının qiymətində baş verən artımla bağlı fikirlərini bölüşüb. 

"AzPolitika" xəbər verir ki, onun sözlərinə görə, hazırda müşahidə olunan qiymət artımı yalnız bazar oyunlarının nəticəsi deyil, problemin kökündə daha dərin və struktur xarakterli səbəblər dayanır.

“Bu gedişlə ətin qiyməti davamlı olaraq artacaq. Çünki Azərbaycanda ət bahalaşması sadəcə bazar spekulyasiyası ilə izah oluna bilməz. Məsələyə bir az dərindən baxdıqda, əsas səbəblərin torpaq sahələrinin bölgüsü, onun idarəçiliyi və əhali artımı ilə bağlı olduğu aydın görünür,” – deyə Eldəniz Əmirov bildirib.

İqtisadçı qeyd edib ki, rəsmi statistika son 20 ildə əhalinin sayının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, kənd təsərrüfatına yararlı torpaq sahələrinin eyni səviyyədə qaldığını göstərir: “2004-cü ildə kənd təsərrüfatına yararlı torpaq 4 milyon 758 min hektar idisə, bu gün 4 milyon 774 min hektardır. Yəni dəyişiklik cüzi olub. Amma əhali sayı 8,5 milyondan 10,2 milyona yüksəlib. Bu isə adam başına düşən torpaq sahəsinin 0,56 hektardan 0,47 hektara qədər azalmasına səbəb olub".

E.Əmirov hesab edir ki, son illərdə əkin sahələrinin, meşə örtüyünün və çoxillik əkmələrin artması fonunda örüş və otlaq sahələrinin azalması heyvandarlığın əsas dayağını zəiflədib. Bu isə birbaşa ətin maya dəyərinə və qiymətinə təsir edir.


“Yem bazası daralır, otlaq imkanları məhdudlaşır, nəticədə ət baha başa gəlir. Yəni qiymət artımı sistemli struktur problemlərin nəticəsidir,” – deyə iqtisadçı vurğulayıb.

Mövzunun həlli yollarına toxunan ekspert bildirib ki, torpaq idarəçiliyi sahəsində islahatlara, şəffaflığa, istifadəsiz torpaqların kənd təsərrüfatına qaytarılmasına və süni yem istehsalının genişləndirilməsinə ehtiyac var.

“Dünyanın aparıcı ölkələrində intensiv heyvandarlıq süni yem bazası üzərində qurulub. Bizdə də bu istiqamətdə ciddi addımlar atılmalıdır. Kiçik təsərrüfatların resurs çatışmazlığına qarşı kooperasiya yolu ilə çıxış tapmaq mümkündür. Eyni zamanda su resurslarının bölgüsündə ədalət problemi hələ də qalır – bu da təsərrüfatın digər sahələrini zərbə altında saxlayır.”

E.Əmirov hesab edir ki, həm obyektiv, həm də subyektiv səbəblər bir araya gəldikdə ətin qiymətinin daha da artması mümkündür: “Qısa müddətdə ət qiymətinin 17 manatdan 30 manata yüksəlməsi real ssenariyə çevrilə bilər. Problem təkcə iqtisadi qanunlarla izah olunmur. Buna görə də qiymət artımının qarşısını almaq mümkün deyil – sadəcə subyektiv amilləri minimallaşdırmaqla artım tempini yavaşlatmaq olar".

Rasim Əliyev

"AzPolituka.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Sentyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri