Icma.az
close
up
RU
Ət bahalaşır: səbəblər nədir?

Ət bahalaşır: səbəblər nədir?

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bayramqabağı ölkədə bir çox ərzaqməhsulların qiymətində artım müşahidə edilir. Artım müşahidə olunan məhsullardan biri də dana ətidir. Qeyd edilir ki, paytaxtın müxtəlif yerlərində bir müddət əvvəl 16-17 manata satılan dana əti son günlərdə 18 manata alıcılara təklif olunur.

Bəs qiymətin artmasında əsas səbəb nədir və dana ətinin qiyməti yenidən ucuzlaşa bilərmi?

“Xalq Cəbhəsi” bu istiqamətdə iqtisadçıların fikirlərini öyrənib.

“Əhalinin ətə tələbatı yüksəkdir”

İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, bayramqabağı ətə olan tələbat daha da yüksəlib: “Ona görə də qiymətlər bir az da artıb. Ümumiyyətlə, bayramla olan qiymət artımları bayramdan sonra düşəcək. Amma digər qiymət artımları həmişə qalacaq”.

X.Kərimli vurğulayıb ki, dana əti və ətin digər növləri də bundan sonra ancaq bahalaşacaq: “Bunun səbəbi odur ki, əhali çoxdur və əhalinin yüksələn qiymətlərlə də ətə tələbatı yüksəkdir. Yəni ət alırlar. Ət xaricdən gələndə daşıma xərcləri olur. Vətəndaşların təzə ətlə müqayisədə dondurulmuş ətə o qədər də tələbatı yoxdur. Fermer də bilir ki, tələbat çoxdur və qiyməti yüksəldir”.

“Daha da bahalaşacaq”

Ekspert bildirib ki, qiymətin aşağı düşməsi üçün yeganə şərt daha çox heyvanın saxlanılmasıdır: “Amma indi insanların çoxu şəhərə gəlir və heyvandarlıqla məşğul olan insanların sayı azalır. Qiymətin artması bir az perspektiv yaradır ki, bu fəaliyyət gəlirli olduğuna görə investorlar, sahibkarlar bu sahəyə diqqət yetirəcək. Riskli olduğuna, xəstəlik heyvanları tez sıradan çıxardığına görə bu, sahibkarlara ziyan vurur. Təbii ki, onlar bu ziyanı sonradan qiymətin üstünə qoyub satırlar”.

Onun qeyd etdiyinə görə, qısamüddətli, yəni həftəlik, aylıq qiymət çoxalıb-azala bilər, amma ümumilikdə qiymət həmişə arta-arta gedəcək: “İlin sonunda baxsaq görəcəyik ki, ilin əvvəli ilə müqayisədə ətin qiyməti artıb”.

“Burada xarici amillərin də təsiri var”

İqtisadçı ekspert Emin Qəribli söyləyib ki, ətin qiymətinin artmasının səbəbləri müxtəlifdir: “Qeyd edim ki, burada xarici amillərin də təsiri var. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatlarına baxsaq, ilin əvvəlində artıq müvafiq məhsulların qiyməti bir 1 faizdən çox artıb”.

“İstehlak məhsullarının qiymətində 5 faiz artım var”

Ekspert qeyd edib ki, digər tərəfdən Azərbaycanda istehlak məhsullarının qiymətində 5 faiz artım müşahidə olunur: “Yəni burada həm xarici amillər, həm də daxili amillər rol oynayır. Daxildə bayramlarla əlaqədardır, ümumiyyətlə isə yaz aylarında nisbətən belə gərginliklər olur. Bu səbəbdən ətin qiymətinə də təsir göstərib”.

E.Qəriblinin sözlərinə görə, həmçinin bunun mühüm bir səbəbi də mövsümlə əlaqədardır: “Çox güman ki, bu, yay aylarına stabilləşə bilər. Amma ümumi tendensiyaya baxdıqda görürük ki, istehlak məhsullarının qiymətində müəyyən artımlar var. Ümid edək ki, mövsüm bitdikdən sonra qiymətlərdə müəyyən dərəcədə eniş müşahidə olunar”.

“Otlaqlar, örüş yerləri məhdudlaşıb”

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev son dövrlər ətin qiymətinin qalxmasının bir sıra səbəbləri olduğunu deyib: “Məsələ bundan ibarətdir ki, bu gün rayon ərazilərində otlaqlar, örüş yerləri məhdudlaşıb. Yəni artıq kəndlilər heyvanları otarmaq üçün müxtəlif sahələrə apara bilmirlər. Əslində, yem tədarükünün bir hissəsi də məhz təbiətdən alınırdı. Bunlar olmayanda həmin kəndlilər məcburdur ki, yem alsınlar və heyvanları axır şəraitində saxlasınlar. Bu, həm də quru yemə olan tələbatı və digər əlavələri artırır. Nəticədə, onların qiymətləri də bahalaşır və bu da yem tədarükündə çətinlik yaradır”.

Saxlama xərcləri

Onun qeyd etdiyinə görə, ikinci məsələ odur ki, heyvandarlıq sahəsində olan xəstəliklərə qarşı mübarizə, saxlanma xərcləri də istər-istəməz qiymətləri artırır: “Son dövrlər Nazirlər Kabinetinin də kənd yerlərində axırların, pəyələrin tikilməsi ilə bağlı müəyyən tələbləri qoyması, bu icazələrin alınması da bir sıra çətinliklər yaradır və əlavə xərclərin formalaşmasına gətirib çıxarır. Digər bir məsələ ondan ibarətdir ki, kənd yerlərində məşğul olanlar görürlər ki, heyvandarlıqla çalışıb, onunla əldə olunan gəlirdənsə, onun alqı-satqısı ilə məşğul olmaq daha gəlirlidir və əziyyətə də dəyməz. Ona görə də bir sıra insanlar bu işdən imtina etməyə başlayır. Amma fermer təsərrüfatları çərçivəsində bu işlər həyata keçirilir. Ona görə də fermada baxılan mal-qaranın ətinin satış qiyməti kənd yerlərində, fərdi təsərrüfatlarda baxılan mal-qaranın ətinin satış qiymətindən ucuzdur”.

Əlavə xərclər

R.Atakişiyev bildirib ki, o cümlədən son dövrlər Beyləqan, Ağcabədi, Bərdə və digər rayonlarda yerləşən heyvan satış bazarlarının çoxunun Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən fəaliyyəti dayandırılıb, yeni şərait quruldu: “Amma şərait qurulandan sonra da heyvanların orada satılması əlavə xərcləri artırır, nəqliyyat xərcləri artır. Bunların hamısını topladıqda bu gün bir heyvana baxıb, onu bazarda satmağın səmərəliliyi getdikcə aşağı düşür. Ona görə də kəndlinin marağı azalır”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Mart 2026 00:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see261

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see219

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see208

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see200

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see200

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see199

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see198

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see197

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see197

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see193

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see190

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see189

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see186

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see184

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see182

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see176

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see175

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see175

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see175

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri