Icma.az
close
up
RU
Etibar Məmmədovun durduq yerə hədəfə alınması və... AMİP funksionerindən sərt açıqlamalar

Etibar Məmmədovun durduq yerə hədəfə alınması və... AMİP funksionerindən sərt açıqlamalar

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Xeyli müddətdir ölkə gündəminin əsas mövzusu Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun cinayət ortaqlarının işi, həmçinin sürətli bahalaşmadır. "Boz Kardinal"ın qanunsuz əməlləri barədə yeni- yeni ifşaedici faktlar ortaya çıxdıqca onun komandasında və təsir dairəsində olanların da narahatlığı və isterikası artmaqdadır. Gündəmin mövzusunu və istiqamətini dəyişmək üçün hərəkətə keçiblər. Düyməyə artıq basılıb. Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslərin, xüsusən Arif Hacılının AMİP və onun lideri Etibar Məmmədovu durduq yerə hədəfə alması və həmişə olduğu kimi böhtan və qərəzli açıqlamaları da məhz yuxarıda bəhs etdiyim aktual mövzulardan cəmiyyətin fikrini və diqqətini yayındırmaq məqsədi ilə həyata keçirilən uğursuz cəhddir".

Mia.az xəbər verir ki, bu sözləri AMP Siyasi Şurasının qüzvü Əli orucov deyib.

Onun iddiasına əsasən, Müsavat Partiyası elə 2003-cü ildə də Ramiz Mehdiyevin direktiv və göstərişlərini icra edirdi:

""Boz Kardinal"ı hakimiyyətə gətirmək, ya da Müsavatı süni şəkildə şişirtməklə gənc İ.Əliyevi təzyiq altında saxlamaq layihəsi var idi aralarında. Və həmin plan iflasa uğrayandan sonra "B" planı işə salındı. Ölkə boyu ixtişaşlar baş verməli, dövlət idarəetməsi iflic hala salınmalı, beynəlxalq ictimaiyyətin qınağına nail olunmalı, beləliklə xaotik bir vəziyyət yaradılmalı idi. R. Mehdiyev də özünü qabağa verib önəmli və əsas fiqur kimi şərtləri diktə etməklə real hakimiyyəti əlinə almalı idi. Göstərməliydi ki, mən olmasam hakimiyyəti saxlamaq, qorumaq və möhkəmləndirmək də mümkün deyil. 2003-cü il R.Mehdiyev-İ.Qəmbər gizli anlaşmasının əsas detalları məhz bunlardan ibarət idi. Həmin plan da gənc prezident İlham Əliyevin qətiyyəti və inamlı addımları sayəsində "onların ümidləri ilə birlikdə suya düşdü. Bu gün də cəmiyyətin bütövləşməsinə, problemlərin həlli yollarının dialoqdan kənar meydanlara daşınmasına çalışılır".

AMİP funksioneri deyir ki, iqtidar -müxalifət, həmçinin müxalifətdaxili münasibətlərin sivil qaydada qurulmasına çıxanlardan ən öndə gedənlərdən biri yenə də Müsavat Partiyasıdır: "Amma yanlış hesablamalar aparılır. Dövlət də, hakimiyyət də çox güclüdür. Prezident İ.Əliyevə rəqib və maneə ola biləcək hazırda siyasi fiqur da, şəxs də yoxdur. Dövlətin gücü və qanunlar imkan verir ki, R.Mehdiyev və onun komandası, əlaltıları, ortaqları və tərəfdaşları həm xalq qarşısında, həm də ədalət mühakiməsi qarşısında hesabat və cavab verəcəklər. Buna heç kəsin şübhəsi olmasın. Tövsiyyə edərdim belə uğursuz cəhdlərdənsə istintaq orqanları ilə həmin şəxs və qruplar əməkdaşlıq edərək cinayət işinin hərtərəfli və tam açılmasına kömək etsinlər".

Samir

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri