Icma.az
close
up
RU
Gənc oğlan Etibar Məmmədovun evini qarət etdi

Gənc oğlan Etibar Məmmədovun evini qarət etdi

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Sabunçu rayonunda yeniyetmə oğlan villadan oğurluq edib.

Azpost.info bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində baş verib.

Həmin ünvanda yaşayan Etibar Məmmədov və onun oğlu Orxan Məmmədova məxsus üç mərtəbəli evdən 19 min ABŞ dolları (32.300 manat) oğurlanıb.

Məlum olub ki, oğurluğu bağ evində ailəsi ilə birlikdə yaşayan bağban Ramil Əbülhəsənovun oğlu Əli Əbülhəsənli törədib.

İş üzrə Etibar Məmmədovun oğlu Orxan Məmmədov zərərçəkmiş qismində tanınıb. Orxan Məmmədovun iş adamı olduğu deyilir.

İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.

“Etibar babanın evində nəyin harada olduğunu yaxşı bilirdim”

Əli elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, körpəlikdən Bilgəh qəsəbəsində Etibar Məmmədova məxsus evdə ata-anası ilə birgə yaşayır: “Atam Ramil bağ evində bağbanlıq, anam isə xadiməlik edib. Burada böyüdüyüm üçün Etibar babaya məxsus bağ evində nəyin harada olduğunu yaxşı bilirdim.

İlk dəfə evin 3-cü mərtəbəsində yataq otağındakı dolabda, paltarların altında gizlədilmiş 2 “paçka”nın birindən 3 ədəd 100 dollar çıxardım. Ona görə cəmi 3 ədəd 100 dollarlıq əskinası götürdüm ki, əgər Zenfira xala pulu yoxlamaq istəsə, “paçka”dan 300 dolların əskik olduğunu hiss eləməsin.

Həmin gün dostlarım Rəhman və Ağaverdiyə zəng etdim, bildirdim ki, məndə bir qədər pul var, yeyib-içək.

Rəhman dedi, Məhəmməd adlı dostu bizi öz avtomobilində gəzdirsin, onun qəşəng qız tanışları da olur. Bu minvalla Məhəmmədin “Hyundai” markalı avtomobilində Rəhman və Ağaverdi məni Bilgəh qəsəbəsindəki Kardioloji sanatoriyanın qarşından götürdülər”.

“Bağda qızlarla yeyib-içdik”

Təqsirləndirilən şəxs deyib ki, Məhəmmədin Mərdəkan qəsəbəsində icarəyə götürdüyü bağ evində Sumqayıt şəhərindən gəlmiş 6 qızla yeyib-içib, əyləniblər: “Bir gün sonra Rəhmanla əlaqə saxlayıb onu Kardiologiya mərkəzinin qarşısında “Zəfəran” kafesində çay içməyə dəvət etdim. Rəhman, Məhəmməd və Aslan adlı dostlarım da kafeyə gəldilər. Söhbət əsnasında məndən soruşdular ki, iki gündə xərclədiyin pul haradandır?

Bildirdim ki, Etibar Məmmədovun evindən 300 dollar oğurlamışam. Ətraflı məlumat verdim ki, onun evinin yataq otağında paltar dolabının içərisində 2 “paçka” yüzlük dollar gizlədilib.

Bunu eşidən Məhəmməd qayıtdı ki, bir müddət əvvəl icarəyə avtomobil götürüb, ona pul lazımdır. Təklif etdi ki, evdən bir qədər də pul oğurlayım. O gün Etibar babanın evinə gedib daha 600 dollar götürdüm. Təxminən 2 saat sonra Məhəmməd və Rəhman Bilgəhdəki bələdiyyə binasının qarşısına gəldilər. Marketdə quraşdırılmış terminalda pulu Azərbaycan manatına çevirdik”.

Əlinin sözlərinə görə, pulu “Torqovı”da birlikdə xərcləyiblər: “Bu minvalla 2025-ci ilin müxtəlif günlərində evdən hissə-hissə ümumilikdə 19 000 dollar oğurladım. Təxminən 11 000 manatını Məhəmmədə xərclədim. Rəhmana isə 500 manatı əlbəəl verdim.

Aslana avtomobilinin təmiri üçün 1600 manat, Əlibaba adlı dostuma 800 manat vermişəm. Qalan pulları Məhəmməd, Aslan, Rəhman, Ağaverdi, Tamerlan və Əlibaba ilə birlikdə gecə klublarında və müxtəlif restoranlarda xərcləmişik”.

“Narahat olma, pul oğurlayacam”

Əli qeyd edib ki, 2025-ci il sentyabrın əvvəllərində Məhəmmədgil ona zəng edib bildiriblər ki, avtomobillə qəza törədiblər, təmirinə 1500 manat lazımdır: “Cavab verdim ki, narahat olma, Etibar babanın evindən pul oğurlayacam. Dəqiq tarixini bilmədiyim gündə səhv etmirəmsə, 1000 dollar götürdüm və Məhəmmədə verdim”.

Təqsirləndirilən şəxs deyib ki, Etibar Məmmədovun bacısının evində olan hovuzda dostları – Rəhman, Tamerlan, Aslan, Məhəmməd və Əlibaba ilə birlikdə əyləniblər: “Bir qədər sonra Məhəmməddən xahiş etdim ki, avtomobili versin, gedib mağazadan su alım. Bağ evindən çıxdıqdan təxminən 5-10 dəqiqə sonra təsadüfdən məni yol polisi saxladı. Avtomobil idarə etmək hüququm olmadığından maşın duracağa yerləşdirildi.

Bir gün keçmiş Məhəmməd əsəbi şəkildə zəng etdi və bildirdi ki, avtomobili duracaqdan çıxarmalıyıq, bunun üçün ona ümumilikdə 3450 manat lazımdır. 450 manat cərimə ödəməlidir, icarəyə maşını götürdüyü şirkətə isə 3000 manat verməlidir. Guya avtomobili mənə sürməyə verdiyinə görə şirkət onu 3000 manat cərimələyib.

Məhəmmədin bu tələbindən sonra yenidən həmin yerdən 2500 dollar götürdüm. Mən pulu evdən götürəndə dostum Məhəmməd, Rəhman, Tamerlan və Ağaverdi evin giriş qapısının qarşısında məni gözləyirdilər və tez-tez zəng edərək pulu götürüb-götürmədiyimi soruşurdular. Oğurladığım pulları Azərbaycan manatına çevirdim, Məhəmmədin tələb etdiyi 3450 manatı ona verdim”.

“Hədiyyə telefon aldım”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisədən təxminən 3 gün sonra Məhəmməd yenidən zəng edib və bildirib ki, avtomobilin mühərrikində problem yaranıb: “Mühərrikin təmirinə 3500 manat lazım olduğunu söylədi. Ona dedim ki, tez-tez pul götürə bilmərəm, ev yiyələri məndən şübhələnərlər. Amma Məhəmməd təkidlə yenidən evdən pul götürməyimi tələb etdi.

İki gün sonra yenidən eyni üsulla evdən 2800 dollar götürdüm. Bir gün sonra bir daha Etibar babanın evindən dəqiq yadımda deyil, amma təxminən 1000 dollar götürməli oldum. Məhəmməd neçə müddətdir ki, ona “İphone 13” markalı mobil telefon almağımı istəyirdi. Ona həmin markalı mobil telefon alaraq hədiyyə etdim”.

İş üzrə zərərçəkmiş qismində Etibar Məmmədovun oğlu Orxan Məmmədov tanınıb. O, məhkəmə iclaslarında iştirak etməyib. Bu səbəbdən məhkəmədə onun nümayəndəsi çıxış edib.

Nümayəndə bildirib ki, zərərçəkmiş Orxan Məmmədov Əli Əbülhəsənlini, onun atası Ramil Əbülhəsənovu və anası Vüsalə Əbülhəsənovanı təxminən 15 ildir tanıyır. Məmmədovlara məxsus evdə Ramil Əbülhəsənov bağban, Vüsalə Əbülhəsənova isə xadimə olaraq çalışıb.

Nümayəndənin sözlərinə görə, bu iş üçün Məmmədovlar Ramil Əbülhəsənova 600 manat, Vüsalə Əbülhəsənovaya isə 500 manat əməkhaqqı veriblər: “Əli Əbülhəsənli həqiqətən o evdə böyüyüb başa çatsa da, təxminən 3-4 il olar, onun həmin evə sərbəst giriş-çıxışı məhdudlaşdırılıb. Məmmədovlar bu ailəyə yaşamaları üçün normal şəraiti olan birmərtəbəli ev veriblər.

Zərərçəkmiş şəxslər yaşadıqıları evdən 19000 dolların oğurlandığını aşkar ediblər. Oğurluq müddətində Orxanın atası Etibar müəllim, anası Zenfira xanım orada yaşayıblar. Amma ilin bəzi vaxtlarında xarici ölkəyə gediblər. Əlinin ələlxüsus da günorta saatlarında evə, özü də evin 3-cü mərtəbəsinə qalxmaq şansı ola bilməzdi”.

Nümayəndə təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddianı müdafiə edib. Amma onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edib.

Cəza məlum oldu

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Əli 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona cəzaçəkmə müddətində Bakı şəhərinin hüdudlarını, eləcə də hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etmək qadağan olunub.

Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.

Məhkəmə zərərçəkmiş şəxsin mülki iddiasını təmin edib.

Mülki cavabdeh Əli Əbülhəsənlidən maddi zərərə görə 27800 manat və 174 manat dövlət rüsumu, 100 manat vəkil xərcinin tutulması, cəmi 28074 manat məbləğində pulun iddiaçı Orxan Etibar oğlu Məmmədova ödənilməsi barədə qərar çıxarılıb.

Qeyd edək ki, cinayət işində adı çəkilən Etibar Məmmədov xalq hərəkatının tanınmış simalarından biri, hazırda AMİP-in lideridir. Zərərçəkmiş Orxan Məmmədov isə onun oğludur, iş adamıdır.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://azpost.info
archiveBu xəbər 08 May 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri