Etibarlı kişilər Onları üzündən tanımaq olur
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Alimlər müəyyən ediblər ki, insanlar kişinin ailəsini və uşaqlarını nə dərəcədə qoruya biləcəyini onun üz cizgilərinə baxaraq qiymətləndirə bilirlər. Xüsusilə geniş almacıq sümüklərinə malik kişilər ilk baxışdan daha güclü və etibarlı qoruyucu təsiri bağışlayırlar.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma zamanı alimlər kişilərin üz enini, yəni yanaqdan yanağa olan məsafəni üzün hündürlüyü ilə müqayisə ediblər.
İlk təcrübədə 100-dən çox iştirakçıya 20 kişinin fotosu göstərilib və onlardan kişilərin uşaqları qoruma qabiliyyətini yeddi ballıq şkala üzrə qiymətləndirmək istənilib.
Nəticələrə görə, üzü daha geniş olan kişilər bu göstərici üzrə orta hesabla 4,23 bal, dar üzlü kişilər isə 3,84 bal toplayıblar.
Maraqlıdır ki, uşaqlara qayğı göstərmək qabiliyyəti baxımından iki qrup arasında ciddi fərq qeydə alınmayıb.
Geniş üz daha güclü təsir yaradırİkinci mərhələdə iştirakçılardan uşaqlar üçün ən yaxşı beş qoruyucunu seçmək tələb olunub.
Bu dəfə də əksəriyyət geniş üzlü kişilərə üstünlük verib. İştirakçılar belə kişiləri daha güclü, qətiyyətli və müdafiəyə hazır şəxslər kimi qəbul ediblər.
Araşdırmanın müəlliflərindən Mitç Braun bildirib ki, belə vizual qiymətləndirmələrin kökü insanın təkamül keçmişinə gedib çıxır.
Onun sözlərinə görə, qədim dövrlərdə insanlar qarşılarındakı şəxsin təhlükəli olub-olmadığını və ya hansı üstünlüklərə sahib olduğunu qısa müddətdə müəyyən etməyə məcbur idilər. Bu səbəbdən müəyyən üz cizgiləri ilə bağlı stereotiplər formalaşıb.
Alimlərin fikrincə, tərəfdaş seçimində qadınlar yalnız xarici görünüş və genetik xüsusiyyətləri deyil, eyni zamanda kişinin ailəni qoruma qabiliyyətini də nəzərə ala bilirlər.
Tarixən fiziki güc, mübarizə qabiliyyəti və ailəni müdafiə etmək bacarığı kişinin sosial statusunda mühüm rol oynayıb. Buna görə də fiziki güc bu gün də şüuraltı şəkildə etibarlılıq və müdafiə qabiliyyəti ilə əlaqələndirilə bilər.
Digər araşdırmalar isə kişi cazibədarlığında bir neçə amilin ön plana çıxdığını göstərir.
Bunlardan biri sosial populyarlıqdır. Artıq münasibətdə olan və ya qadınlar arasında diqqət çəkən kişilər bəzən daha etibarlı və cəlbedici qəbul edilirlər.
Maddi vəziyyət də seçimə təsir edən amillər sırasında göstərilir. Araşdırmalarda qadınların potensial tərəfdaşın gəlir səviyyəsinə kişilərlə müqayisədə daha çox diqqət yetirdiyi qeyd olunur.
Fiziki güc də mühüm faktor sayılır. Hündürboy, inkişaf etmiş qol əzələlərinə və formada bədən quruluşuna malik kişilər daha cazibədar qiymətləndirilə bilirlər.
Bəzi insanlar üçün isə əsas meyar intellektdir. Araşdırmalara görə, insanların müəyyən hissəsi tərəfdaş seçimində ilk növbədə onun zehni qabiliyyətlərinə önəm verir.
Mütəxəssislər bununla yanaşı vurğulayırlar ki, üz quruluşuna əsaslanan belə ilkin təəssüratlar stereotip xarakter daşıyır və insanın real xarakteri, valideynlik bacarığı və ya etibarlılığı barədə dəqiq məlumat vermir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 12 Oktyabr 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















