Icma.az
close
up
RU
Etibarnamə dövrü SONA ÇATIR KONKRET

Etibarnamə dövrü SONA ÇATIR KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda avtomobillərin etibarnamə ilə alqı-satqısı uzun illərdir geniş yayılıb. Buna əsas səbəb nəqliyyat vasitəsinin rəsmi qaydada addan-ada keçirilməsi zamanı yaranan əlavə xərclərdir. Bir çox vətəndaş bu xərclərdən yayınmaq üçün avtomobili etibarnamə ilə alıb-satmağı üstün tutur. Lakin mütəxəssislər bu praktikanın ciddi hüquqi risklər yaratdığını bildirirlər.

Bəs, nağdsız alqı-satqınların üstünlükləri nədir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev qeyd edib ki, etibarnamə əsasən avtomobili idarə etmək üçün verilir və alqı-satqı məqsədilə istifadə edilməsi doğru deyil.

Ekspertin sözlərinə görə, son dövrlər etibarnamənin ümumiyyətlə ləğvi məsələsi də gündəmə gətirilir:

“Əgər avtomobil kiməsə etibar edilirsə, açar ona verilir və həmin şəxs nəqliyyat vasitəsini idarə edir. Bu baxımdan ayrıca etibarnaməyə ehtiyac yoxdur. Bu, sadəcə əlavə bürokratik əngəldir”.

Y.Mustafayev vurğulayıb ki, avtomobillərin alqı-satqısında etibarnamədən istifadə daha təhlükəlidir:

“Avtomobil rəsmi qaydada başqa şəxsin adına keçirilməyibsə, qeydiyyata alınmayıbsa, hüquqi baxımdan yenə də satıcının mülkiyyətində qalır. Satıcı bu avtomobil üzərində sərəncam vermək hüququna malikdir. Onun vergi borcu və ya digər öhdəlikləri varsa, nəqliyyat vasitəsinə həbs qoyula bilər. Bu isə etibarnamə ilə alan şəxsi ciddi problemlərlə üz-üzə qoyur”.

Ekspert əlavə edib ki, bu risklər nəzərə alınaraq avtomobil alqı-satqısının rəsmi və nağdsız qaydada aparılması daha məqsədəuyğundur. Nağdsız və rəsmi alqı-satqı mülkiyyət hüququnu tam təmin edir, gələcəkdə yaranacaq hüquqi mübahisələrin qarşısını alır və alıcını mümkün maliyyə itkilərindən qoruyur.

Mütəxəssislər vətəndaşlara tövsiyə edirlər ki, qısa müddətli xərclərdən yayınmaq naminə etibarnamə ilə alqı-satqıya üstünlük verməsinlər və avtomobili mütləq rəsmi qaydada öz adlarına rəsmiləşdirsinlər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Dekabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri