Icma.az
close
up
RU
KOMBİ DÖVRÜ SONA ÇATIR? Nazirlər Kabineti qərar verib

KOMBİ DÖVRÜ SONA ÇATIR? Nazirlər Kabineti qərar verib

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Nazirlər Kabineti "Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar”ı təsdiq edib. Belə ki, çoxmənzilli yaşayış binalarında mənzillər üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına yalnız müəyyən hallarda icazə veriləcək. Bu hallar binanın azmərtəbəli (5 mərtəbəyədək) olması, yerləşdiyi ərazidə qaz təchizatının nəzərdə tutulmaması, eləcə də istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi hallarını əhatə edir.

Qərara əsasən, bu sistemlər yalnız müəyyən hallarda, o cümlədən 5 mərtəbəyədək binalarda layihələndirilə biləcək. Halbuki son illərdə tikilən yeni yaşayış binalarının əksəriyyətində fərdi istilik sistemi kimi kombi nəzərdə tutulur.

Qərar kombi sistemi olan mövcud və planlaşdırılan binalara necə təsir edəcək, ümumilikdə yeni tikinti və mənzil bazarında hansı dəyişikliklərə səbəb ola bilər?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, bu tələblər yalnız bundan sonra layihələndiriləcək yeni binalara şamil olunur: "Hüquqi baxımdan hər hansı normativ aktın geriyə qüvvəsi yoxdur. Nazirlər Kabinetinin qərarında da açıq şəkildə göstərilir ki, yeni tikililər artıq yeni normativlərə uyğun layihələndirilməlidir. Mövcud binalarda fərdi istilik sistemləri istifadədə qalacaq. Lakin yeni qaydalara əsasən bəzi binalarda fərdi sistemlərin tətbiqi üçün texniki imkanlar məhdud ola və ya ümumiyyətlə nəzərdə tutulmaya bilər. Bu halda yeni binalarda mərkəzləşdirilmiş istilik və digər alternativ sistemlər layihə mərhələsində nəzərdə tutulmalıdır”.

Bu dəyişikliklərin mənzil bazarına və qiymətlərə təsirinə gəldikdə isə, ekspert bildirir ki, ilk növbədə tikinti xərclərinin artması amili var: "Çünki mərkəzləşdirilmiş istilik sistemləri əlavə infrastruktur tələb edir. Buraya həm idarəetmə xərcləri, həm qazanxananın saxlanılması, həm də texniki xidmət xərcləri daxildir. Əvvəllər kombi sistemlərində vətəndaş yalnız istifadə etdiyi qədər xərc ödəyirdi. Yeni sistemdə isə daimi xidmət, idarəetmə və texniki baxım xərcləri formalaşa bilər. Əgər bina düzgün izolyasiya olunmayıbsa və enerji səmərəliliyi aşağıdırsa, aylıq xərclər daha da arta bilər ki, bu da sakinlər üçün əlavə maliyyə yükü yaradacaq. Digər tərəfdən, yeni normativlərə uyğun tikilən binalar daha təhlükəsiz və texniki baxımdan daha müasir olacaq. Xüsusilə qaz təhlükəsizliyi baxımından mərkəzləşdirilmiş sistemlərin üstünlükləri var”.

V.Orucun sözlərinə görə, uzunmüddətli perspektivdə bu dəyişikliklər daha komfortlu və təhlükəsiz yaşayış şəraiti yarada bilər. Lakin qısa müddətdə mənzil qiymətlərinin və yaşayış xərclərinin artması ehtimalı var: "Ümumilikdə, şəhər yaşayışında əvvəlki daha ucuz model tədricən dəyişir və daha çox xidmət əsaslı, daha bahalı, amma eyni zamanda daha təhlükəsiz və komfortlu yaşayış modelinə keçid baş verir. Yeni qaydalar yeni layihələrdə və tikililərdə həm layihələndirmə, həm də tikinti yanaşmasını dəyişəcək. Bu, prinsip etibarilə daha komfortlu, daha təhlükəsiz və binaların görünüşü baxımından müasir standartlara uyğun tikililərin inşasını təşviq edən yanaşmadır. Eyni zamanda bu model vətəndaşların təhlükəsizliyinin daha yaxşı təmin olunmasına, vahid mərkəzdən istismar xidmətlərinin göstərilməsinə və digər kommunal ehtiyacların daha sistemli şəkildə qarşılanmasına imkan yaradacaq. Bu isə faktiki olaraq binaların peşəkar idarəetmə sisteminin formalaşması deməkdir. Əgər gələcəkdə binaların idarə olunması ilə məşğul olan ayrıca peşəkar şirkətlər və ya idarəetmə strukturları formalaşarsa, bu, ümumilikdə şəhərsalmada yeni yanaşmanın bir hissəsinə çevriləcək. Bu model daha çox müasir urbanizasiya prinsiplərinə əsaslanır. Bu dəyişikliklər bazarda da ciddi transformasiya yaradacaq. Çünki zaman keçdikcə köhnə tikililər söküləcək və onların yerində yeni normativlər əsasında inşa edilən binalar tikiləcək. Bu gün müasir hesab etdiyimiz bəzi yeni tikililər də gələcəkdə köhnə fonda çevriləcək. Onların yerini isə artıq daha yüksək standartlara cavab verən, yeni layihələndirmə prinsipləri ilə tikilən və A, B, C enerji səmərəliliyi pasportlarına malik binalar tutacaq. Yəni bazar mərhələli şəkildə yenilənəcək və alıcı seçimi getdikcə daha çox enerji səmərəliliyi, təhlükəsizlik, idarəetmə keyfiyyəti və yaşayış komfortu kimi meyarlar üzərində formalaşacaq”.

İnşaat eksperti Elnur Azadov deyir ki, bu qərarın qəbul edilməsinin arxasında bir neçə əsas səbəb dayanır və məsələni yalnız mənzil bazarı prizmasından qiymətləndirmək düzgün olmaz: "Burada alternativ enerji və daha səmərəli istilik həllərinə keçid məsələsi də var. Əsas səbəblərdən biri ekoloji amillərlə bağlıdır. Fərdi qaz sistemlərinin geniş yayılması qaz emissiyalarını artırır və bu da xüsusilə iri şəhərlərdə ekoloji yük yaradır. Dövlətin daha ekoloji şəhər mühiti formalaşdırmaq istiqamətində hədəfləri var”.

İnşaat mütəxəssisi vurğulayır ki, ikinci məsələ təhlükəsizliklə bağlıdır: "Keyfiyyətsiz quraşdırılmış fərdi istilik sistemləri bəzi hallarda qaz sızması, partlayış və digər təhlükəli hallara səbəb olur. Bu baxımdan mərkəzləşdirilmiş və daha nəzarətli sistemlər riskləri azaltmağa hesablanıb. Digər mühüm məsələ isə mərkəzləşdirilmiş qazanxana sistemlərinin inkişaf etdirilməsi ilə bağlıdır. Son illərdə bu istiqamətdə müxtəlif müzakirələr aparılırdı və nəticə etibarilə qərar verildi ki, gələcəkdə yeni tikilən binaların bu sistemlərə inteqrasiyası daha geniş tətbiq olunsun. Bununla yanaşı, binaların enerji səmərəliliyinin artırılması istiqamətində də işlər görülür. Yeni tikililərdə izolyasiya standartlarının gücləndirilməsi, enerji sərfiyyatının azaldılması və daha effektiv resurs istifadəsi əsas prioritetlərdən biridir”.

Həmsöhbətimizin sözlərinə görə, gələcəkdə enerji effektivliyi ilə bağlı daha sərt qanunvericilik tələblərinin tətbiqi də mümkündür. Bu çərçivədə binalara enerji siniflərinin verilməsi nəzərdə tutula bilər: "Belə bir sistem formalaşarsa, yüksək enerji sinfinə malik binalar bazarda daha cəlbedici olacaq və hətta gələcəkdə onların kommunal xərclər baxımından da müəyyən üstünlüklər əldə etməsi mümkündür. Yəni bu qərar yalnız istilik sistemlərinin dəyişdirilməsi deyil, daha geniş şəkildə şəhərsalma, enerji səmərəliliyi, təhlükəsizlik və ekologiya siyasətinin bir hissəsi kimi qiymətləndirilməlidir”. ("Kaspi" qəzeti)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 May 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri