Icma.az
close
up
RU
Azərbaycanda “keşbek dövrü” SONA ÇATIR

Azərbaycanda “keşbek dövrü” SONA ÇATIR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Müştərilərin diqqətini cəlb etmək və gündəlik nağdsız ödənişləri stimullaşdırmaq üçün bankların uzun illərdir istifadə etdiyi əsas üsullardan biri "keşbek kampaniyaları" olub. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, müştəri kartla ödəniş etdikdə müəyyən faizlə pul geri qaytarılır. İlk mərhələdə bu təşviqlər həm bank kartlarına olan marağı artırmaq, həm də nağdsız ödənişləri stimullaşdırmaq baxımından olduqca effektiv alət idi. Banklar bu yolla həm yeni müştərilər cəlb edir, həm də mövcud müştəriləri daha çox kartla alış-veriş etməyə həvəsləndirirdilər.

Son aylarda isə bank sektorunda diqqətçəkən dəyişiklik müşahidə olunur, illərlə müştərilərin ən sevimli kampaniyalarından sayılan “keşbek” sistemi getdikcə zəifləyir. Bir çox banklar keşbek faizlərini minimuma endirib, hətta ən çox istifadə edilən mağaza, yanacaqdoldurma məntəqələri və restoran kateqoriyalarında belə geri ödənişlər bəzən cəmi 0.5 faizə qədər azaldılıb. Hətta bəzi banklar isə ümumiyyətlə bu kampaniyalardan imtina edərək, “keşbek dövrünün” artıq sona yaxınlaşdığını göstərirlər.

Modern.az-a açıqlamasında keşbek faizlərinin aşağı düşməsinə aydınlıq gətirən iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, bu tendensiya təkcə bankların qərarı deyil, əslində bazarda formalaşan yeni reallıqlarla bağlıdır. Onun sözlərinə görə, keşbek kampaniyalarının əsas məqsədi insanları kartdan istifadəyə alışdırmaq idi.

“Bu mərhələ artıq demək olar ki, başa çatıb. Bu gün əhalinin böyük əksəriyyəti gündəlik alış-verişlərini nağdsız, yəni kart vasitəsilə həyata keçirir. Başqa sözlə desək, insanlar kartla ödənişə vərdiş edib və bu davranış artıq adi bir hal alıb”.

İqtisadçı ekspert bildirib ki, banklar üçün keşbek kampaniyaları əvvəlki kimi cəlbedici deyil:

“Belə təşviqlər onların birbaşa gəlir və mənfəətindən ayrılan vəsaitlər hesabına həyata keçirilir. Artıq kartdan istifadənin özü müştəri üçün bir üstünlük hesab olunduğuna görə, əlavə olaraq, motivasiya verməyə ehtiyac qalmır. Bu səbəbdən banklar keşbekləri ya azaldır, ya da tamamilə ləğv edir”.

N.Cəfərli onu da əlavə edib ki, bu tendensiya yaxın gələcəkdə də davam edəcək:

“Keşbek kampaniyaların aparılmasında ilkin məqsəd insanları nağdsız ödənişə yönləndirməkdir ki, bu da artıq geniş miqyasda reallaşıb və sözügedən vərdişin formalaşmasından sonra banklar üçün keşbek vermək əlavə xərc kimi dəyərləndirilir”, - deyə iqtisadçı ekspert bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Avqust 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri