Etibarnaməni ləğv etmək niyə ödənişlidir? KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Etibarnamə vətəndaşın başqa şəxsə müəyyən hüquq və səlahiyyətlər verməsinə imkan yaradan notariat sənədidir. Lakin sonradan həmin səlahiyyətlərin dayandırılması üçün də ayrıca notariat prosedurundan keçmək tələb olunur. Etibarnamənin ləğvi zamanı vətəndaşdan xidmət haqqının tutulması isə bəzi hallarda narazılığa səbəb olur.
Xüsusilə etibarnamənin verilməsi zamanı artıq ödəniş edən vətəndaş onun ləğvi üçün yenidən xidmət haqqı ödəməsinin səbəbini sual edir. Bəs etibarnamənin ləğvi zamanı 8 manat 50 qəpik xidmət haqqının tutulmasının hüquqi əsası nədir? Vətəndaş niyə həm etibarnamənin verilməsinə, həm də onun ləğvinə görə ayrıca ödəniş etməlidir?
Məsələ ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, notariat hərəkətlərinin hər biri qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumu və xidmət haqları əsasında həyata keçirilir.
“Burada xidmət haqqı tutulur. Ümumiyyətlə, bütün notariat hərəkətlərində hər bir təsdiq üçün ödəniş alınır. Bu, dövlət tərəfindən yaradılmış və fəaliyyəti qanunvericiliklə tənzimlənən qurumdur. Müəyyən edilmiş xidmət haqqı ödənilir. Həm etibarnamə verilərkən, həm də ləğv edilərkən ödəniş edilir”, – deyə hüquqşünas qeyd edib.
Onun sözlərinə görə, etibarnamənin ləğvi yalnız sənədin müvafiq sistemdən çıxarılması ilə yekunlaşmır. Bu barədə aidiyyəti şəxslərin məlumatlandırılması da həyata keçirilir.
“Etibarnamə ləğv olunarkən notarius qarşı tərəfə məktub göndərir və bildirir ki, sizə verilmiş etibarnamə ləğv edilib. Bununla bağlı məlumat göndərilir. Bu işin görülməsi üçün əməkdaş tərəfindən məktub hazırlanır. Poçt xidməti də var. Bunların hamısı müəyyən xərc tələb edir”, – deyə T.Hüseynov vurğulayıb.
Beləliklə, hüquqşünasın izahına görə, etibarnamənin verilməsi və onun sonradan ləğv edilməsi ayrı-ayrı notariat hərəkətləri hesab olunduğundan, hər bir əməliyyat üzrə qanunvericilikdə nəzərdə tutulan xidmət haqqının tutulması mümkündür.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 13 Avqust 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















