Icma.az
close
up
RU
Ətin bahalaşmasının özünəməxsus səbəbləri var

Ətin bahalaşmasının özünəməxsus səbəbləri var

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bazarlardakı qiymət artımı rəsmi rəqəmlərdə özünü qabarıq göstərməyə başlayıb. Xüsusilə gündəlik tələbat malları və qida məhsullarının bahalaşması istehlakçıların cibinə birbaşa təsir edir. Rəsmi statistikaya əsasən, bu ilin ilk rübündə istehlak bazarında 5.7 faiz qiymət artımı qeydə alınıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə isə daha yüksək inflyasiya müşahidə olunub: 6,8 faiz. 2026-cı ilin mart ayında isə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ilin müvafiq ayına nisbətən 6,5 faiz artıb.
İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, istehlak qiymətləri indeksində üç komponent var və bu göstərici həmin üç komponentin orta artımını göstərir:
“Məsələn, qeyri-ərzaq məhsulları daha az bahalaşıb, ərzaq məhsulları isə daha çox bahalaşıb. Misal üçün, pomidor bir az daha çox bahalaşır, ət daha çox bahalaşıb, amma tutaq ki, mebel alsanız o qədər bahalaşmayıb. Eyni ilə kondisioner də o qədər çox bahalaşmayıb və sair. Burada məsələ ondan ibarətdir ki, ümumi inflyasiya 5,7 faizdir, amma komponentlər üzrə biri çox, digəri az bahalaşır və nəticədə orta göstərici bu rəqəmə gəlib çıxır. Ortalama göstərici də gəlib 5,7 faizə düşür, yəni orta çəkili kəmiyyət bu səviyyədə formalaşır. İnflyasiyanın orta səviyyəsindən daha yüksək artım ərzaq qiymətlərində müşahidə olunur. Ərzaq qiymətlərinin artmasının isə öz səbəbləri var”. 
İqtisadçı qeyd edib ki, daşıma xərclərinin yüksəlməsi və istehsal prosesindəki çətinliklər qiymət artımını qaçılmaz edir. Xüsusilə kənd təsərrüfatı sektorunda enerji resurslarının qiyməti mühüm rol oynayır.
“Daşıma xərcləri yüksəlir. Məsələn, ətin bahalaşmasının özünəməxsus səbəbləri var. Bu həm dünyada baş verən proseslərlə, həm də ölkə daxilindəki faktorlarla bağlıdır. Misal üçün, fındıq keçən illə müqayisədə 50 faiz bahalaşıb. Bunun səbəbi məhsuldarlığın 2025-ci ildə aşağı düşməsi və dünya bazarında qiymətlərin artmasıdır. Ümumiyyətlə, hər bir məhsulun bahalaşmasının öz səbəbi var. Digər tərəfdən, Tarif Şurasının qərarları benzinin, dizelin, ümumilikdə yanacağın, eləcə də işıq və qazın bahalaşması kənd təsərrüfatına daha çox təsir edir. Çünki, parniklərdə məhsul yetişdirmə xərcləri artır. Ümumilikdə, 5,7 faiz inflyasiya Mərkəzi Bankın hədəf diapazonu daxilindədir. Mərkəzi Bank 6 faizə qədər olan inflyasiyanı ciddi problem hesab etmir. Yəni bu göstərici Mərkəzi Bankı narahat edən səviyyədə deyil”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Aprel 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri