Ətin bahalaşmasının ƏSAS SƏBƏBLƏRİ AÇIQLANDI
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda ətin bahalaşmasının səbəbləri arasında yem, yanacaq və logistika xərclərinin artması da göstərilir.
Bəs bu amillər ətin son qiymətinə neçə faiz təsir edir?
İqtisadçı Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, yem qiymətlərinin, logistika və daşınma xərclərinin artması ətin qiymətinə təsir göstərir.
Onun sözlərinə görə, xüsusilə dizel yanacağının qiyməti burada mühüm amillərdən biridir:

İqtisadçı Natiq Cəfərli
"Yemin yetişdirilməsi, yığılması və daşınması, həmçinin mal-qaranın kəsim məntəqələrindən şəhər mərkəzinə çatdırılması ilə bağlı xərclər ətin qiymətinə təsir göstərir".
İqtisadçı vurğulayıb ki, bununla yanaşı, əsas problemlərdən biri Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayının kəskin azalmasıdır:
"Son beş ildə iribuynuzlu mal-qaranın, eləcə də qoyun və keçilərin sayının azalması ət qiymətlərinin artmasına daha ciddi təsir göstərən amillərdəndir".
Günəş Mərd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 06 Oktyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















