Etirazçıları pirotexniki vasitələrlə müxalifət təmin edib Kobaxidze
Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Mən buna repressiya deməzdim. Bu repressiyadan daha çox prevensiyadır”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze müxalifət partiyalarının ofislərində aparılmış axtarışları şərh edərkən deyib.
Onun sözlərinə görə, etiraz aksiyalarında iştirak edənlərin pirotexniki vasitələrlə təminatı məhz müxalifət partiyalarının ofisləri tərəfindən həyata keçirilib.
İ.Kobaxidze bildirib ki, bu ilin noyabrında Gürcüstanda pirotexniki vaxitələrin satışı illik müqayisədə iki dəfə artıb və bu da sübut edir ki, müəyyən siyasi qüvvələr sistematik zorakılıqları öncədən planlaşdırıb.
Qeyd edək ki, bu gün Tbilisidə bəzi müxalifət partiyalarının ofislərində axtarışlar olub. Nəticədə pirotexniki vasitələr müsadirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 04 Dekabr 2024 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















