Etirazlar SƏMƏRƏLİ OLDU: Abxaziya “prezidenti” istefaya razılıq verdi ANBAAN VİDEO
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Abxaziya prezidenti Aslan Bjaniya etirazçıların təşəbbüs qrupu ilə görüş zamanı postunu tərk etmək təklifi ilə razılaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bjania "respublika prezidenti" olaraq, indiki vitse-prezident Badru Qunbanı təyin etməyi təklif edib. Lakin etirazçılar bununla razılaşmayaraq bütün “prezident” komandasının, o cümlədən vitse-prezident və Abxaziyanın baş nazirinin istefasını tələb ediblər.
Müxalifət növbədənkənar prezident seçkiləri keçirilməzdən əvvəl “respublika rəhbəri” vəzifələrinin “parlamentin spikeri” Laşa Aşuba həvalə edilməsini təklif edib.
Qeyd edək ki, Abxaziyada bir qrup etirazçı parlament binasını ələ keçiriblər. Müxalifət Abxaziyanın “prezidentinə” istefa tələbini çatdırmış və o, bu barədə düşünməyə vaxt istəmişdi.
Bizim.Media
Baxış sayı:81
Bu xəbər 15 Noyabr 2024 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















