Icma.az
close
up
RU
ETN bir ildə məmur oğlundan 18 milyonluq internet xidməti alıb ARAŞDIRMA

ETN bir ildə məmur oğlundan 18 milyonluq internet xidməti alıb ARAŞDIRMA

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Elm və Təhsil Nazirliyi (ETN) daha bir milyonluq tenderə imza atıb. Tribunainfo.az xəbər verir ki, nazirliyin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsil müəssisələrinin internet şəbəkəsi ilə təmin edilməsi xidmətlərini satın alacaq.

Məlumatda bildirilir ki, tenderin qalibi “TEXNO LYUKS M” MMC olub. Tərəflər arasında işlərin görülməsi üçün 2 milyon 894 min 491 manatlıq müqavilə imzalanıb.

Tribunainfo.az açıq mənbələr üzərindən araşdırma apararaq, bu şirkətlə bağlı bəzi maraqlı məlumatlar əldə edib. Məlum olub ki, “TEXNO LYUKS M” MMC Elm və Təhsil Nazirliyinə yad olan şirkət deyil. Belə ki, bundan əvvəl də tərəflər bir neçə teder məsələsində ortaq olublar.

Araşdırma zamanı bəlli olub ki, sözügedən MMC yalnız Elm və Təhsizl Nazirliyinin tenderlərini udub. Onu da bildirək ki, “TEXNO LYUKS M” MMC 2024-2025-ci ildə 5 tenderə qatılıb. Həmin tenderlərin hamısı ETN-ə məxsus olub. Məsələn, bu ilin 15 iyulunda ETN təhsil müəssisələrinin yüksəksürətli intranet şəbəkəsinə qoşulması, müəssisə daxili şəbəkənin genişləndirilməsi, həmçinin şəbəkənin genişləndirilməsi zamanı dayanıqlığın təmin olunması tenderini “TEXNO LYUKS M” MMC-yə verib və bunun müqabilində 4 milyon 271 min 495 manat ödəyib. Bundan 5 gün əvvəl isə eyni şirkət nazirliyin Ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə qoşulması və şagirdlərin distant təhsilə cəlb olunması ilə əlaqədar məktəblərin fiber-optik kabellə internetə və daxili şəbəkəyə qoşulmasını həyata keçirib. Buna görə isə 2 milyon 498 min 534 manat ödəniş alıb.

Belə tenderlərdən daha ikisi ötən ilin sentyabrında baş tutub. Tribunainfo.az xəbər verir ki, müəssisələrin yüksəksürətli internet şəbəkəsinə qoşulması, müəssisə daxili şəbəkənin genişləndirilməsi həmçinin şəbəkənin genişləndirilməsi zamanı dayanıqlığın təmin olunması ilə əlaqədar müxtəlif proqram təminatlarının, avadanlıqların satın alınması üzrə müsabiqənin qalibi sözügedən şirkət olub və tərəflər 4 milyon 857 min 121 manata razılaşıblar. Eyni məzmunlu ikinci tenderin isə dəyəri 3 milyon 987 min 898 manat təşkil edib.

Onu da bildirək ki, “TEXNO LYUKS M” MMC 2022-2023-cü illərdə də yalnız ETN-in tenderlərinin qalibi olub. Bu barədə açıq mənbələrdə xeyli sayda məlumatlar var.

Bu gedişatdan belə başa düşüələn iki məqam var. Birincisi, ETN son bir ildə təkcə internetə 18 milyon 419 min 540 manat xərcləyib. İkincisi isə “TEXNO LYUKS M” MMC ilə hansısa gizli anlaşmanın olmasıdır. Çünki yalnız bir qurumun tenderlərini udan şirkət haqqında başqa təsəvvürün yaranması inandırıcı deyil.

Bildirək ki, nizamnamə kapitalı 50 manat olan “Texno Lyuks M” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar, ev 24, m. 12 ünvanında yerləşir. Şirkət 2018-ci ildə yaradılıb. MMC-nin qanuni təmsilçisi Əliyev Emin Arif oğludur.

Qeyd edək ki, Emin Əliyev haqqında açıq mənbələrdə hər hansı geniş məlumat yoxdur. Tribunainfo.az-ın bu yöndə apardığı araşdırma zamanı belə bir ehtimal meydana çıxıb ki, “TEXNO LYUKS M” MMC-nin sahibinin atası dövlət vəzifəsində çalışır. Belə ki, Emin Əliyevlə Arif Əliyevin üst-üstə düşən məqamları var. Onlardan biri eyni ərazidə yaşamalarıdır.

Arif Əliyevin isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vətəndaşların qəbulu şöbəsinin müdiri işlədiyi açıq mənbələrdə mövcuddur. O, 2020-ci ildə dövlət başçısı tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif də edilib.

Tərəfləri dinləməyə hazırıq.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Noyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri