Icma.az
close
up
RU
Məşhurların məmur ÖVLADLARI ARAŞDIRMA

Məşhurların məmur ÖVLADLARI ARAŞDIRMA

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhurların özləri qədər ailə həyatları, övladları da daim cəmiyyətin diqqət mərkəzində olub. Ən çox danışılan və diqqəti öz üzərinə çəkənlər isə övladı vəzifədə olan məşhurlardır.
Bizim.Media övladı vəzifədə olan həmin məşhurların siyahısını təqdim edir:
Eldar Mansurov

Eldar Mansurovun iki oğlu hazırda vəzifədədir.
Ülvi Mansurov İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədridir. O, əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankında (ABB) başlayıb və 2001-2012-ci illərdə ABB-də müxtəlif vəzifələrdə çalışıb.
2012-ci ildə "Bank Technique" ASC-nin İdarə Heyətinin sədri, 2015-ci ildə isə ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. 2017-ci ildən "Azərpoçt" MMC-nin baş direktoru, 2018-ci ildən Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru, 2020-ci ildən sonuncu təyinatadək isə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru vəzifələrində çalışıb.
E.Mansurovun digər oğlu Anar Mansurov 2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib. Anar Eldar oğlu Mansurov bu təyinata qədər 2022-ci ilin avqust ayından 2025-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsində çalışıb.
Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında başlayıb, 2008-2011-ci illərdə Maliyyə menecmenti departamentində müxtəlif vəzifələrdə çalışıb. 2011-2017-ci illərdə “Azərikard” MMC-də Maliyyə menecmenti departamentinin direktoru vəzifəsində çalışıb. 2019-2022-ci illərdə isə “AzReTəkrarsığorta” ASC-də Direktorlar Şurasının müstəqil üzvü, eyni zamanda 2019-cu ilin iyun ayından 2022-ci ilin avqust ayınadək “AzerGold” QSC-də Maliyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.
2022-ci ilin avqust ayından 2025-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsində çalışıb. 2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.
Zeynəb Xanlarova

 Azərbaycanın Xalq artisti, keçmiş deputat, məşhur müğənni Zeynəb Xanlarovanın oğlu Enerji Məsələlərini Tənzimləmə Agentliyində yüksək vəzifə tutur. Xalq artistinin oğlu Ramin Babayev Enerji Məsələlərini Tənzimləmə Agentliyində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.

Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb. Agentlik 2018-ci ilin aprel ayından fəaliyyətə başlayıb.
O, əmək fəaliyyətinə Bakı şəhəri Səbail rayonu prokurorunun köməkçisi olaraq başlayıb, daha sonra isə Bakı şəhər prokurorluğunda çalışıb. 2001-2007-ci illərdə Dövlət Gömrük Komitəsi Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin rəisi olub.

2012-2017-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində işləyib, komitə sədrinin müavini postunu tutub. 2018-ci ildən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. 
Anar

Yazıçı Anarın oğlu Tural Rzayev də yüksək vəzifədədir. Tural Rzayev 2022-ci ildə Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, daha öncə Azərbaycanın Türkiyə və Rumıniyadakı səfirliklərində çalışıb.
Elçin Əfəndiyev

Yazıçı Elçin Əfəndiyevin qızı Humay Əfəndiyeva 1 fevral 2021-ci ildən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimidir. O, 2001–2021-ci illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatında müxtəlif vəzifələrdə – sədr müavininin köməkçisi, baş məsləhətçi, şöbə müdiri vəzifələrində fəaliyyət göstərib.
Onun digər qızı Günay Əfəndiyeva isə 2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərində 14 saylı Xəzər–Pirallahı seçki dairəsindən bitərəf namizəd kimi qalib gələrək Milli Məclisin VII çağırış deputatı seçilib. Hazırda Mədəniyyət komitəsinin sədr müavini və Səhiyyə komitəsinin üzvüdür. Eyni zamanda, Türk Dövlətləri Parlament Assambleyasının və bir çox ölkələrlə parlamentlərarası işçi qrupların üzvüdür.
O, 2009–2015-ci illərdə Xarici İşlər Nazirliyinin UNESCO üzrə Azərbaycan Milli Komissiyasında müxtəlif vəzifələrdə çalışıb. 2015-2023-cü illərdə Türk Dövlətləri Təşkilatının (TDT) qərarına əsasən, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti olub.
Amaliya Pənahova 

Mərhum Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun oğlu İlqar Muxtarov diplomatdır. O, 2022-ci ildə Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
İ. Muxtarov daha əvvəl Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika, Qvatemala, Kolumbiya, Panama, Peru və Honduras Respublikasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
İlqar Muradov

 Xalq artisti İlqar Muradovun oğlu Tural Muradov Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində çalışır. 
Rəhim Əliyev

Filologiya elmləri doktoru, yazıçı, tənqidçi Rəhim Əliyevin oğlu Anar Əliyev bu fevralın 7-si Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. O, bu təyinata qədər müvafiq nazirlikdə nazir müavini olub.
Naibə Məmmədova, Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Dekabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri