Eto O Afrikanı İnfantinoya dəstəyə çağırdı
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kamerun millisinin sabiq hücumçusu, hazırda ölkə Futbol Federasiyasının prezidenti olan Samuel Eto'O FIFA prezidenti Canni İnfantinoya dəstəyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, Eto'O Afrika futbolunun İnfantinonun rəhbərliyi dövründə ciddi inkişaf etdiyini bildirib.
“Canni İnfantino futbolu dəyişib. O, bizim qitəmizə kömək edib. Federasiyalarımızın daha sürətlə inkişafına töhfə verib və bunu etiraf etməliyik. İndiyədək gördüyü işlərə görə onu dəstəkləməliyik”, - Eto'O deyib.
Kamerun futbolunun rəhbəri İnfantinonun daha əvvəl dünya çempionatında iştirak etmək imkanı olmayan ölkələr üçün də yeni şanslar yaratdığını vurğulayıb.
Qeyd edək ki, Canni İnfantino 18 mart 2027-ci ildə keçiriləcək FIFA Konqresində yenidən prezident seçilmək üçün namizədliyini irəli sürəcəyini açıqlayıb.
Baxış sayı:102
Bu xəbər 03 Sentyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















