Qətərdən İnfantinoya dəstək
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qətər Futbol Federasiyasının prezidenti Həməd bin Xəlifə bin Əhməd Əl Tani FİFA rəhbəri Canni İnfantinonun DÇ- kommersiya hüquqlarını özəl investorlara satmaq planından daşınmasını alqışlayıb.
Futbolpress.az xəbər verir ki, daha əvvəl UEFA və quruma daxil olan 55 milli assosiasiya İnfantinonun bu təşəbbüsünə etiraz olaraq FİFA-nın keçirdiyi bütün turnirləri (kişilər və qadınlar arasındakı mundiallar da daxil olmaqla) yekdilliklə boykot etmək qərarı almışdı. Qısa müddət sonra Asiya Futbol Konfederasiyası (AFC) və KONKAKAF da bu boykot qərarına qoşulmuşdu.
Futbol dünyasındakı ciddi gərginlikdən sonra geri addım atan FİFA rəhbərinin qərarını dəyərləndirən Qətər federasiyasının prezidenti rəsmi bəyanat yayıb:
”Canni İnfantinonun ‘FIFA Forward Enterprise’ təklifini geri götürməsini dünya futbol ictimaiyyətinin maraqları baxımından yüksək qiymətləndiririk. Bu layihənin müəyyən müsbət tərəfləri olsa da, FİFA-ya üzv assosiasiyalar arasındakı birliyi hər şeydən üstün tutmaq müdrik addımdır. Qətər Futbol Federasiyası prezident İnfantinonun futbolun qlobal inkişafı istiqamətindəki səylərini tam dəstəkləyir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 01 Avqust 2026 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















