ETSN də kollegiya iclası
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2024-cü ilin yekunlarına və 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Modern.az xəbər verir ki, kollegiya iclasında Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq həyata keçirilən tədbirlər, qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görülən işlər barədə hesabat verilib, yeni il üçün prioritetlər müəyyənləşdirilib.
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin, həmçinin Nazirliyin struktur bölmələri və tabeli qurumlarının rəhbərlərinin “Yaşıl dünya naminə həmrəylik ili”ndə həyata keçirilən tədbirlər, ilin yekunları, rəqəmsal transformasiya sahəsində görülmüş işlər, ölkə ərazisində hidrometeoroloji şəbəkənin modernləşdirilməsi vəziyyəti, aparılan meşəbərpa tədbirləri, sürüşmə sahələrində ekzogen geoloji proseslərin inkişaf dinamikası və eyni zamanda digər sahələr üzrə hesabatları dinlənilib.
2025-ci ildə ölkədə keçirilməsi planlaşdırılan beynəlxalq və yerli tədbirlərə hazırlıqla bağlı müzakirələr aparılıb.
Yekunda Nazirliyin struktur bölmələrinin və tabeli qurumların rəhbərlərinə yeni fəaliyyət planlarının icrası ilə bağlı konkret tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 31 Yanvar 2025 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















