Icma.az
close
up
RU
Azərbaycanın gücü və nüfuzu dostlarının sayını artırır Ramid Namazov

Azərbaycanın gücü və nüfuzu dostlarının sayını artırır Ramid Namazov

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11‒14-də Azərbaycana rəsmi səfəri iki ölkə arasında mövcud əlaqələrin konkret sahələr üzrə daha da inkişaf etməsi, əməkdaşlığın yeni müstəviyə keçməsi ilə yadda qaldı.

Somali Prezidentinin fevralın 12-də Prezident İlham Əliyevlə keçirdiyi görüşlərdə səsləndirilən fikirlər ölkələrimiz arasındakı münasibətlərdə xoş niyyətinin və dostluğun ruhunu ifadə etdi. Səfər çərçivəsində imzalanan sənədlər isə Azərbaycan-Somali münasibətlərində qarşılıqlı tərəfdaşlıq üçün möhkəm hüquqi-iqtisadi zəmin yaratdı.

Azərbaycan və Somali uzun illərdir ki, müxtəlif beynəlxalq təsisatlarda, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı və digər platformalarda səmərəli əməkdaşlıq edərək bir-birinə siyasi dəstək nümayiş etdirirlər.

Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müasir geosiyasi proseslərdə ölkəmizin oynadığı roldan irəli gəlir. Azərbaycanın regional aktor kimi gücünün və nüfuzunun artması bir sıra ölkələri rəsmi Bakı ilə mövcud potensialların siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə əlaqələndirilməsi istəyini daha da artırır.

Prezident Hasan Mahmudun vurğuladığı kimi, Somalinin tarixində ilk dəfə Azərbaycana baş tutan səfər iki ölkə arasında münasibətlərdə yeni eranın, tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı hesab edilir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi zamanı Afrika ölkələri ilə münasibətlərdə yaratdığı yeni keyfiyyət dəyişiklikləri Bakı-Maqadişo təmaslarına xüsusi dinamika gətirib. COVID-19 pandemiyası dövründə Azərbaycan bir çox region ölkələrinə dəstək məqsədilə saysız layihələr həyata keçirib, 80-ə yaxın ölkəyə humanitar və maddi yardımlar göndərib ki, onların böyük bir qismi Afrika regionu dövlətləri olub.

Son illərdə Azərbaycan Somalinin milli inkişafına da öz köməyini təklif edib, yerli iqtisadi potensialın qiymətləndirilməsi üçün müasir innovasiyaları mənimsəmiş kadrları göndərib və hazırda birgə təhlillər aparılır.  

Somali Afrikanın zəngin resursa və potensiala malik ölkələrindəndir. Ancaq həmin resursların hərəkətə gətirilməsi, istehsal, emal və sənaye zəncirinin yaradılması müxtəlif səbəblərdən mümkün olmayıb, uzun illər müxtəlif güclərin asılılığında olduğu dövrlərdə resursların kortəbii və plansız istismarı aqrar-sənaye təchizatının pozulmasına səbəb olub, ölkə iqtisadiyyatına davamlı sərmayələr yatırılmayıb, biznes idarəetməsi düzgün qurulmayıb. Somali Prezidentinin də dediyi kimi, şərait bu potensialları inkişaf etdirməyə imkan verməyib.

Hazırda bu ölkənin inkişafı üçün müasir iqtisadi-elmi institulaşma, biznes idaretmə strategiyasına ehtiyaclar var. Eyni zamanda, dayanıqlı iqtisadi-investisiya islahatları tələb olunur. Bu baxımdan Cənubi Qafqaz regionunun lideri və qlobal enerji-kommunikasiya layihələrinin müəlliflərindən biri olan Azərbaycan ilə yaxın tərəfdaşlıq Somalinin gələcək inkişafı üçün geniş fürsətlər vəd edir.

Azərbaycan kəskin iqlim fəsadları ilə üzləşən, su çatışmazlığından əziyyət çəkən Somalinin ekoloji böhran situasiyalarından çıxmasında da kömək etmək niyyətindədir. İndiyə qədər müxtəlif beynəlxalq platformalarda bu məsələ qaldırılıb, Bakıda keçirilən COP29 konfransında Azərbaycanın təkidi ilə iqlim maliyyəsi fondu təsis edildi ki, faktiki olaraq bu addım Somalinin gələcək ekoloji qayğılarının həllində müstəsna rol oynayacaq.

Azərbaycan bu ölkənin bərpa olunan enerji sektorunu da dirçəltməyi nəzərdə tutur. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması bu ölkənin bərpaolunan enerji sektoru üçün yeni imkanlar yaradacaq.

Azərbaycanın, eyni zamanda, İslam həmrəyliyi və Qoşulmama Hərəkatı çərçivəsində müxtəlif qitələrdən, o cümlədən Afrikadan bır sıra gənclərin Azərbaycanda təhsil almaları üçün təqaüd proqramları təsis edib. Bu cür təhsil proqramlarından somalili gənclər də faydalanırlar. Somalidə təhsilin inkişafına dəstək də Azərbaycanın prioritetlərində yer alır. Təhsil sahəsində əməkdaşlıq sazişinə uyğun olaraq, Azərbaycan müasir inkişaf meyarlarına, idarəçilik prinsiplərinə uyğun kadr bazasının formalaşması üçün somalili gəncləri ölkəmizin ən qabaqcıl ali təhsil müəssisələrində tədrisə cəlb edəcək. Müasir elm və innovasiyalara yiyələnən kadr bazası isə Somalinin iqtisadi inkişafına fayda verəcək.

Azərbaycan bu ölkənin dövlət idaretmə sisteminə də yeniliklər gətirəcək. Dünyada şəffaflıq və çevik idaretmə formulu olan “ASAN Xidmət” modelinin Somalidə tətbiqi həm dövlət xidmətlərinin, həm də iqtisadi idarəetmədə tamamilə keyfiyyət və struktur dəyişiklikləri yaradacaq.

Azərbaycan Somalidə aqrar layihələr icra etməklə bu ölkənin aqrar-sənaye təchizat sistemini yaradacaq. Eləcə də, Somalinin Afrikanın inkişaf etmiş bazarlarına cəlb etməklə ticarət və logistikasının açıq qapı arxitekturasını quracaq, ölkənin Hind okeanı və Qırmızı dənizdə strateji ticari mövqeyini formalaşdıracaq, qlobal ticarət zəncirinə qoşacaq.

Beləliklə, Azərbaycan Somalinin sosial-iqtisadi, siyasi həyatında aparıcı dövlət kimi yer alaraq inkişaf quruculuğunda töhfəverici rol oynayacaq. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq.

Ramid Namazov,

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Fevral 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri