Icma.az
close
up
RU
Eurovision 2026 ya ev sahibliyi uğrunda bu iki şəhər yarışacaq

Eurovision 2026 ya ev sahibliyi uğrunda bu iki şəhər yarışacaq

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Avstriyalı müğənni JJ-nin "Wasted Love” mahnısı ilə qazandığı qələbədən sonra Avstriya 2026-cı ildə keçiriləcək beynəlxalq "Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etmək hüququ əldə edib. Bir neçə gün öncə isə müsabiqənin rəsmi saytında 70 illik yubiley yarışmasına ev sahibliyi etmək uğrunda mübarizə aparacaq iki finalçı şəhərin adı açıqlanıb: Vyana və İnnsbruk.

Qaynarinfo xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat yayılıb.

Daha əvvəl məlum olmuşdu ki, ev sahibliyi üçün 7 şəhər rəsmi müraciət etmişdi. Lakin Avstriyanın ORF tele-radio şirkəti artıq iki əsas namizədi seçib.

ORF-in baş direktoru Roland Vaysmann bildirib:

"Vyana və İnnsbrukdan çox maraqlı təkliflər almışıq. Hər iki şəhər dünyanın ən böyük televiziya əyləncə tədbirlərindən birini keçirmək üçün əlverişli şərait təqdim edir. Qarşıdakı həftələrdə prosesin növbəti mərhələlərini və fikir mübadilələrini səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, namizəd şəhərlərin yerli hakimiyyət orqanları 4 iyula qədər konsepsiyalarını təkmilləşdirərək yekun təqdimatlarını etməli idilər. Növbəti mərhələdə təşkilatçılar İnnsbrukdakı Olympiaworld arenası və Vyanadakı Stadthalle komplekslərini ziyarət edərək təhlillər aparacaqlar və detallı danışıqlara başlayacaqlar.

"Eurovision-2026”nın hansı şəhərdə keçiriləcəyi avqustun ikinci yarısında açıqlanacaq.

Maraqlıdır ki, Avstriya bu müsabiqəyə üçüncü dəfə ev sahibliyi edəcək. Ölkə ilk dəfə 1966-cı ildə Udo Yürgensin "Merci, Chérie” mahnısı ilə qalib gəlmişdi. Daha sonra 2014-cü ildə Konçita Vurst "Rise Like a Phoenix” mahnısı ilə birincilik əldə etmişdi. 2025-ci ildə isə JJ "Wasted Love” ilə həm münsiflərdən, həm də tamaşaçılardan ümumilikdə 436 xal toplayaraq Avropanın qəlbini fəth etdi.

Xatırladaq ki, daha əvvəl Sloveniyanın İsrailin iştirakı səbəbindən növbəti "Eurovision”da iştirak etməyə biləcəyi də açıqlanmışdı.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 İyul 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri