Icma.az
close
up
RU
Ev tapşırığının çoxluğu uşaqları dərsdən soyudur AÇIQLAMA

Ev tapşırığının çoxluğu uşaqları dərsdən soyudur AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tətillərdə dərslərin olmaması səbəbilə müəllimlər şagirdlərə ev tapşırıqları verirlər. Ancaq bu bəzən həddən artıq çox ola bilir. Bu səbəbdən uşaqlar tətilləri istirahət etmək yerinə dərsləri çatdırmağa çalışırlar. 

Bəs şagirdlər tətil vaxtlarını necə dəyərləndirməlidir, onları tapşırıqlarla yükləmək düzgündürmü? 

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, şagirdlər tətillərə daha çox istirahət etmək və əylənmək məqsədilə baxırlar və onlara həddindən çox ev tapşırığı verilməsi bu vacib fürsətin mənfi şəkildə dəyərləndirilməsi deməkdir:

"Təhsil prosesinin balanslı və şagirdlərin ehtiyaclarına uyğun olması vacibdir. Siniflərdən asılı olaraq müəyyən tapşırıqlar verilə bilər, lakin tapşırıqların miqdarı və çətinliyi şagirdlərin yaşına və sinif səviyyəsinə görə tənzimlənməlidir. Xüsusilə ali məktəbə hazırlanan 11 və buraxılış sinfi sayılan 9-cu sinif şagirdləri üçün əlavə tapşırıqların verilməsi müəyyən qədər normal sayılsa da, aşağı siniflərə verilən dərslərin həddindən artıq olmaması vacibdir".

Ekspert həmçinin qeyd etdi ki, şagirdləri dərsə və tapşırıqlara məcbur etmək, onları dərsdən soyutmağa səbəb ola bilər.

"Şagirdlərə bayram günlərində müəyyən sərbəstlik verilməli, onların özlərini dərsə hazır hiss etmələri üçün vaxt tanınmalıdır. Bu yanaşma şagirdlərin dərsə marağını artırar və onların ümumi inkişafını təmin edər. Hər bir sinifin xarakterini və xüsusiyyətlərini nəzərə alaraq tapşırıqlar verilməlidir. Müəllimlər və valideynlər şagirdlərə olan yanaşmalarında diqqətli və düşüncəli olmalıdır", - deyə R.Fikrətoğlu bildirdi.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Dekabr 2024 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri