Icma.az
close
up
RU
Ev tikilən ərazidə yüksək gərginlik xətti çəkilibsə nə etməli? AYDINLIQ GƏTİRİLDİ

Ev tikilən ərazidə yüksək gərginlik xətti çəkilibsə nə etməli? AYDINLIQ GƏTİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"İşıq dirəyi evə yaxındır, ona görə kupça almaq olmursa, bu barədə Nazirlər Kabinetinin qərarı var". Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov deyib.

O bildirib ki, burada mühafizə zonaları var ki, həmin ərazidə tikinti aparıla bilməz: "Aparılıbsa, sökülməlidir. Əgər tikinti çoxdan varsa, işıq xətti sonradan çəkilirsə, o zaman bu, nəzərə alınmalı və dirəklər elə basdırılmalı, xətt elə çəkilməlidir ki, mühafizə zonasına kiminsə ərazisi düşməsin. Əgər düşürsə, o zaman şəxsin razılığı ilə həmin ərazi şəxsdən alına bilər.

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” təsdiq edilsin (əlavə olunur).

2. “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 539 (Cild I) ləğv edilsin (2-ci hissəsi istisna olmaqla).

3. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ötürücü şəbəkəyə münasibətdə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti paylayıcı şəbəkəyə münasibətdə elektrik şəbəkələrinin mühafizə zonaları barədə cari vəziyyətə dair məlumatları elektron qaydada üç ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.

Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər:

1.1. Bu Tələblər “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun (bundan sonra – Qanun) 37.4-cü maddəsinə əsasən hazırlanmışdır və elektrik şəbəkələrinin mühafizə zonalarının ölçülərini, həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri müəyyən edir.

1.2. Elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılmasının və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektrik şəbəkələri ətrafında mühafizə zonaları (torpaq sahələri, su və hava məkanı) müəyyənləşdirilir.

1.3. Elektrik şəbəkələrinin layihələndirilməsi, tikintisi, genişləndirilməsi, yenidən qurulması və istismarı Qanunun tələbləri nəzərə alınmaqla, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, şəhərsalma və tikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

1.4. Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.

1.5. Elektrik şəbəkələrinin mühafizəsi ötürücü şəbəkəyə münasibətdə ötürücü sistem operatoru tərəfindən, paylayıcı şəbəkəyə münasibətdə isə paylayıcı sistem operatoru (bundan sonra – sistem operatoru) tərəfindən təmin edilir.

1.6. Elektrik şəbəkələrinin tikintisi, genişləndirilməsi, yenidən qurulması, təmiri və istismarı məqsədilə torpaq sahələri üzərində hüquqlar torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq əldə edilir.

1.7. Mühafizə zonalarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər.

1.8. Bu Tələblərdə istifadə olunan anlayışlar Qanunda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Qanuna əsasən, misal üçün, dövlət böyük bir əraziyə elektrik xətti çəkir və onun mühafizə zonalarına vətəndaşların torpaq sahələri düşür. Əgər dövlət hesabına çəkilirsə, dövlət layihəsidirsə, o zaman qanuna əsasən dövlət vətəndaşlardan o torpağı ala bilir. Alır və xətti çəkir.

Bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Mart 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri