Icma.az
close
up
RU
Ev verildiyi deyilən deputat DANIŞDI: Bakıda kirayədə yaşayıram

Ev verildiyi deyilən deputat DANIŞDI: Bakıda kirayədə yaşayıram

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Sentyabrda səlahiyyətləri başa çatmış VI çağırış (2000-2024-cü illər) Milli Məclisin bəzi deputatlarına mənzil verilib. Belə ki, Bakıda evi olmayan bəzi deputatlara mənzillər təqdim edilib.

Mənzillə təmin olunan sabiq deputatlardan biri Etibar Əliyevdir. O, mediaya açıqlamasında məlumatı təsdiq edib. Sabiq deputat yaşadığı mənzil dar olduğu üçün Prezidentə müraciət etdiyini bildirib: "Prezident mənim müraciətimi nəzərə alıb və Nizami rayonunda 3 otaqlı mənzillə təmin olundum. İndi kitabxanamı daha da genişləndirmişəm. Prezidentə təşəkkür edirəm".

Sosial şəbəkələrdə və mediada yayılan iddialara görə, Milli Məclisin Şəkidən olan deputatı Vüqar İskəndərova da mənzil verilib. İlk dəfə 2020-ci ildə deputat seçilən siyasətçi bu ilin sentyabrın 1-də keçirilən parlament seçkilərində də mandat qazanıb. İddialara görə, deputata da üçotaqlı mənzil hədiyyə olunub.

Modern.az məsələni dəqiqləşdirmək üçün Vüqar İskəndərovla əlaqə saxlayıb.

Deputat açıqlamasında iddiaları təkzib edib. O deyib ki, hələlik ona mənzil verilməyib və Bakıda kirayə qalır:


"Eşitdiyimə görə VI çağırışda bir neçə həmkarıma mənzil verilib. Mənə də ev verildiyi ilə bağlı məlumat isə yanlışdır. 2020-ci ildə deputat seçilib, Bakı şəhərinə köçəndən sonra ailəmlə kirayə də yaşayıram. Hələlik mənə mənzil verilməyib. Kirayə haqqı verilir. Mənə mənzil verildikdə bunu gizlətməyəcəm. Məlumatı ilk olaraq sizə verə bilərəm. Hətta sizi həmin evə dəvət də edə bilərəm". Deputat ev verilən həmkarlarına isə yeni evlərində cansağlığı ilə yaşamağı arzu edib.

Xatırladaq ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əsasən, deputatlar mənzillə təmin oluna bilərlər.

Sözügedən qanunun 26-cı maddəsində deyilir: “Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şaraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Noyabr 2024 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri