Icma.az
close
up
RU
Bakıda kirayədə yaşayıram Ev verildiyi deyilən deputat

Bakıda kirayədə yaşayıram Ev verildiyi deyilən deputat

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

Sentyabrda səlahiyyətləri başa çatmış VI çağırış (2000-2024-cü illər) Milli Məclisin bəzi deputatlarına mənzil verilib. Belə ki, Bakıda evi olmayan bəzi deputatlara mənzillər təqdim edilib.

Manset.az Modern.az-a istinadla xəbər verir ki, mənzillə təmin olunan sabiq deputatlardan biri Etibar Əliyevdir. O, mediaya açıqlamasında məlumatı təsdiq edib. Sabiq deputat yaşadığı mənzil dar olduğu üçün Prezidentə müraciət etdiyini bildirib: "Prezident mənim müraciətimi nəzərə alıb və Nizami rayonunda 3 otaqlı mənzillə təmin olundum. İndi kitabxanamı daha da genişləndirmişəm. Prezidentə təşəkkür edirəm".

Sosial şəbəkələrdə və mediada yayılan iddialara görə, Milli Məclisin Şəkidən olan deputatı Vüqar İskəndərova da mənzil verilib. İlk dəfə 2020-ci ildə deputat seçilən siyasətçi bu ilin sentyabrın 1-də keçirilən parlament seçkilərində də mandat qazanıb. İddialara görə, deputata da üçotaqlı mənzil hədiyyə olunub.

Məsələni dəqiqləşdirmək üçün Vüqar İskəndərovla əlaqə saxlanılıb.

Deputat açıqlamasında iddiaları təkzib edib. O deyib ki, hələlik ona mənzil verilməyib və Bakıda kirayə qalır:
"Eşitdiyimə görə VI çağırışda bir neçə həmkarıma mənzil verilib. Mənə də ev verildiyi ilə bağlı məlumat isə yanlışdır. 2020-ci ildə deputat seçilib, Bakı şəhərinə köçəndən sonra ailəmlə kirayə də yaşayıram. Hələlik mənə mənzil verilməyib. Kirayə haqqı verilir. Mənə mənzil verildikdə bunu gizlətməyəcəm. Məlumatı ilk olaraq sizə verə bilərəm. Hətta sizi həmin evə dəvət də edə bilərəm". Deputat ev verilən həmkarlarına isə yeni evlərində cansağlığı ilə yaşamağı arzu edib.

Xatırladaq ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əsasən, deputatlar mənzillə təmin oluna bilərlər.

Sözügedən qanunun 26-cı maddəsində deyilir: “Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şaraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 30 Noyabr 2024 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri