Icma.az
close
up
RU
Evdar qadınlar bu yolla pensiya hüququna sahib ola biləcəklər AÇIQLAMA

Evdar qadınlar bu yolla pensiya hüququna sahib ola biləcəklər AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"Evdar qadınlar mövcud qanunvericiliyə əsasən bu gün də pensiya hüququ əldə edə bilərlər. Bunun üçün onların adlarına ailə üzvü kimi torpaq mülkiyyətçisi qismində sosial sığorta ödənişlərinin edilməsi tələb olunur. Qanunvericiliyə görə, 25 il sığorta stajı olan şəxs pensiya hüququ qazanır. Lakin yalnız torpaq mülkiyyətçisi kimi edilən sığorta ödənişləri hesabına kifayət qədər pensiya kapitalı toplamaq mümkün olmur".
Bu sözləri Demokrat.az-açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. 
O bildirib ki, minimum əməkhaqqına və torpağın kateqoriyasına uyğun olaraq müəyyən edilən sığorta ödənişləri çox cüzidir və bu ödənişlər pensiya kapitalının formalaşmasına imkan vermir:
"Bu halda yalnız minimum pensiya hüququnun əldə edilməsi mümkündür və bu da staj əsasında təmin olunur. Məsələn, 300 ay ərzində evdar qadının adına torpaq mülkiyyətçisi kimi sosial sığorta ödənişi edilibsə, o, mövcud qanunvericiliyə uyğun olaraq pensiya hüququ qazana bilər. Lakin təəssüf ki, praktikada torpaq mülkiyyətçilərinin sosial sığorta ödənişlərindən imtina etdiyi və ya bu ödənişləri etmədiyi hallar geniş yayılıb. Bu sahədə inzibatçılıq da zəifdir.
Digər tərəfdən, evdar qadın əvvəllər işləyib, lakin sonradan əmək fəaliyyətini dayandırıbsa və nə 25 il sığorta stajı, nə də tələb olunan pensiya kapitalı formalaşıbsa, onun yenə də müəyyən imkanları mövcuddur. Belə ki, fərdi hesabın könüllü hissəsinə əlavə ödəniş etməklə minimum pensiya hüququ əldə edilə bilər. Məsələn, hazırda minimum pensiya kapitalı tələbi 46.080 manatdır. Əgər vətəndaşın hesabında 40.000 manat varsa, çatışmayan 6.080 manatı könüllü hissəyə əlavə etməklə minimum pensiya hüququnu qazana bilər".
Ekspert deyib ki, bu evdar qadınlar üçün mövcud alternativ variantlardan biridir:
"Ümumilikdə isə dünyada bu məsələ uzun illərdir müzakirə olunur. Bəzi ölkələrdə, o cümlədən 1990-cı illərdə Türkiyədə qadınlara fərdi hesab açmaq və həmin hesaba sosial sığorta ödənişi etmək şərti ilə pensiya hüququ əldə etmək imkanı yaradılmışdı. Bir sıra ölkələrdə isə qadınların evdə gördüyü işlər əmək fəaliyyəti kimi qiymətləndirilir və bunun hesablanması üçün müxtəlif metodologiyalar tətbiq olunur.
Əgər qadın işləmirsə və ev işləri ilə məşğuldursa, bu, ailənin əlavə xidmətlərə xərcləyəcəyi vəsaitin qarşısını alır. Məsələn, qadın evdə uşağa baxırsa, dayəyə ehtiyac qalmır, evin təmizliyini özü aparırsa, təmizlikçi xidmətinə pul xərclənmir. Ailə təsərrüfatının digər işlərini də özü gördükdə əlavə işçi cəlb olunmur. Halbuki bu işlər üçün kənardan işçi cəlb edilsəydi, ailə əlavə vəsait ödəməli olardı".
Onun sözlərinə görə, həmin vəsaitlərin ailədə qalması şərti olaraq qadının qazancı kimi dəyərləndirilə bilər:
"Bu əsasla evdar qadınların evdə gördüyü işlərin müəyyən formada əmək stajına daxil edilməsi mümkündür. Məsələn, uşağa 8 yaşınadək baxılması, əlilliyi olan şəxsə qulluq göstərilməsi, yaşlı ailə üzvlərinə xidmət edilməsi dövrünün iş stajı kimi tanınması müəyyən imkanlar yarada bilər.
Bunun üçün əmək pensiyaları haqqında qanunvericiliyin və hüquqi çərçivənin təkmilləşdirilməsinə ehtiyac var. Hazırkı mərhələdə bu istiqamətdə ciddi addımların atılacağı gözlənilməsə də, gələcəkdə sosial və humanitar aspektlərin nəzərə alınacağına və evdar qadınlar üçün pensiya hüququnun daha əlçatan olacağına ümid var.
Hazırkı şərtlərlə pensiya hüququ əldə edə bilməyən evdar qadınlar yaşa görə müavinət almaq hüququna malikdirlər. Hazırda yaşa görə müavinətin məbləği 220 manat, minimum pensiya isə 320 manatdır. Arada təxminən 100 manat fərq var. Buna baxmayaraq, pensiya hüququ formalaşmadıqda, yaşa görə müavinətdən istifadə etmək tövsiyə olunur".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Dekabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri