Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

​Azərbaycanda evdar qadınlara sosial sığorta verilə bilər? Deputatdan AÇIQLAMA

​Azərbaycanda evdar qadınlara sosial sığorta verilə bilər? Deputatdan AÇIQLAMA

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda çoxsaylı qadın illərlə ev təsərrüfatının yükünü daşıyır, uşaqların tərbiyəsi və ailənin gündəlik qayğıları ilə məşğul olur. Ancaq onların gördüyü bu iş rəsmi əmək fəaliyyəti hesab edilmədiyi üçün əksəriyyəti sosial sığorta və pensiya imkanlarından yararlana bilmir. Bir sıra ölkələrdə isə evdar qadınların fəaliyyəti sosial təminat sistemində nəzərə alınır və onların sığorta haqları dövlət tərəfindən qarşılanır. Bu yanaşma ev əməyinin iqtisadi və sosial dəyərinin tanınması kimi qiymətləndirilir.

Bəs Azərbaycanda da evdar qadınların əmək fəaliyyəti rəsmi şəkildə tanına bilərmi? Dövlət tərəfindən sosial sığorta dəstəyi mexanizminin tətbiqi nə dərəcədə realdır? Belə bir addım sosial rifaha necə təsir göstərə bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən millət vəkili Fazil Mustafa deyib ki, əmək qanunvericiliyinə görə bu, konkret əmək müqaviləsi əsasında çalışan qadınlara şamil olunur.

Millət vəkili hesab edir ki, müasir dünyanın tətbiq etdiyi formaya uyğun olaraq evdar qadınların əməyi və onların ailə institutunun möhkəmlənməsindəki fədakarlığı müəyyən formada dəyərləndirilməlidir: “Təbii ki, qadınların sosial sığorta dəstəyi mexanizmi təkmilləşdirilə bilər. Bu kateqoriyadan olan qadınların əksəriyyəti də bunu gözləyir. Həmçinin pensiya yaşının müəyyən dərəcədə azaldılması istiqamətində tələblər də var. Bunların hamısı araşdırılmalı və elmi nəticələr əsasında həyata keçirilməlidir. Çünki burada ilk növbədə həmin kateqoriyadan olan qadınların sayı önəmlidir. Statistikanın dəqiqləşdirilməsinə ehtiyac var”.

F.Mustafa vurğulayıb ki, qadınların mümkün qədər işlə təmin olunması istiqamətində düşünülməlidir: “Çox sayda qadın var ki, diplomu olsa da, iş tapa bilmir və bunun sıxıntısını yaşayır. Biz ilk növbədə məşğulluq probleminin həlli istiqamətində düşünməliyik. Sosial yardım və yaxud sosial müavinət modellərinin təkmilləşdirilməsinə istənilən vaxt gedilə bilər, amma ilk növbədə iş yeri tapılmalıdır. Çünki qadınların xeyli hissəsi işləmək istəyir. Onların evə qapanması isə bəzən məcburiyyətdən irəli gəlir”.

Deputat qeyd edib ki, işləyən qadınların da xeyli hissəsi ailə və uşaq problemləri ilə məşğul olduqlarına görə qanunvericilikdə müəyyən yüngülləşdirici və imtiyazlı maddələrin olmasını arzulayırlar: “Ona görə də biz bu iki strategiyanı paralel şəkildə aparmalıyıq. Birinci istiqamət məşğulluqdur. Burada xüsusilə qadın sahibkarların sayı kifayət qədər azdır və qadınların iqtisadi həyatda müstəqil şəkildə iştirak etməsi ciddi problemlərlə müşayiət olunur.

Bu baxımdan hesab edirəm ki, məsələyə daha fərqli aspektdən yanaşılmalı və qadınlara qarşı iş yerlərində diskriminasiya hallarına diqqət yetirilməlidir. Ondan sonra pensiya yaşı və digər məsələlərə də baxmaq olar”.

Oğuz Ayvaz 

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 İyul 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri