Icma.az
close
up
RU
Evdə göstərilən sosial xidmətlər dayandırılır? Rəsmi AÇIQLAMA

Evdə göstərilən sosial xidmətlər dayandırılır? Rəsmi AÇIQLAMA

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnsan yaşlandıqca xüsusi qayğıya və yardıma ehtiyacı olur. Əgər tənha və səhhətində problem varsa, bu ehtiyac ikiqat artır. Bu səbəbdən dünyanın bir çox ölkəsində həmin insanlara evdə sosial xidmət göstərilir.

Bəs Azərbaycanda ahıl insanlara evdə sosial xidmət göstərilirmi?

News24.az Bizim.Media-ya istinadla bununla bağlı araşdırmanı təqdim edir.

Ölkəmizdə bu Qayda “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə evdə (səyyar) sosial xidməti göstərilir.

Bəs bu xidməti kimlər göstərir və onların vəzifləri nələrdir?

Evdə (səyyar) sosial xidmət həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir.

Sosial işçinin vəzifəsi sosial xidmətə ehtiyacı olan şəxsə tibbi və psixoloji yardım və hüquqi məsləhət almaqda köməklik göstərmək, qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına, tənha-ahıl vətəndaşların və əlilliyi olan şəxslərin internat evinə, əlilliyi olan şəxslərə reabilitasiya xidməti göstərməkdən ibarətdir.

Sosial xidmətçinin vəzifəsinə isə yemək hazırlanmasına kömək etmək (o cümlədən diyetik yeməklər), özünə qulluq edə bilməyən xəstələri yedizdirmək və qabları yumaq, şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım etmək, yataq dəstlərini dəyişdirmək, yataq və geyim əşyalarını yumaq və ütüləmək, yataq və geyim əşyalarını camaşırxanaya, kimyəvi təmizləmə məntəqəsinə (əgər camaşırxana və kimyəvi təmizləmə məntəqəsi varsa) aparıb-gətirmək, paltarların xırda təmirini etmək, mənzili yığışdırmaq və təmizləmək, zəruri ərzaq, sənaye və məişət mallarını almaq, mənzil pulunun və digər kommunal xərclərin ödənilməsini təşkil etmək, istiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlamaq, həyətyanı sahəni nizama salmaq, evə həkim çağırmaq, həkimin təyinatı ilə aptekdən dərman almaq, həkim müayinəsinə aparıb-gətirmək, sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərmək daxildir.

Qeyd edək ki, bu xidmətlər sosial-məişət və sosial-hüquqi olmaqla iki yerə bölünür. Hüquqi xidmət daha çox sənədlərin hazırlanması ilə bağlıdır. Məişət xidməti isə yuxarıda sadalanan vəzifələri yerinə yetirməklə bağlı olan xidmətlərdir.

Onu da qeyd edək ki, eyni yaşayış sahəsində yaşayan ər-arvada, valideyn-övlada və bacı-qardaşa bir sosial xidmətçi tərəfindən sosial məişət xidməti göstərilir. Evdə reabilitasiya xidmətləri göstərilməsi üçün əlilliyi olan şəxslər ayrıca qeydə alınırlar.

Bəs hansı xəstələrə evdə sosial xidmət göstərilmir?

İctimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyəti məhdudlaşan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilmir.

Hansı halda evdə göstərilən sosial xidmət dayandırılır?

Bu o zaman baş verir ki, sosial xidmətə ehtiyacı olan şəxs əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamağa başlayır. Həmçinin, tənha ahıllar, əlilliyi olan şəxslər dövlət sosial xidmət müəssisələrinə yerləşdirilir. Eyni zamanda, əlilliyi olan şəxslərin reabilitasiyası başa çatdıqda da xidmət dayandırılır. Xidmətin dayandırıldığı bir hal isə sosial xidmətə ehtiyacı olan şəxsin vəfat etməsidir.

Xatırladaq ki, bu xidmətdən yararlanmaq üçün əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar, əlilliyi olan şəxslər, xəstəliyin terminal (son) mərhələsində olan şəxslər şəxsiyyət vəsiqəsi, əlillik haqqında elektron arayış, vətəndaşın tənha yaşadığını təsdiq edən sənəd, ambulator kartadan çıxarış, şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış, oluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayışla müvafiq quruma mürcaiət edə bilərlər. Yəni sənədlər yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, “DOST” mərkəzlərinə təqdim edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Aprel 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri