Icma.az
close
up
RU
Evdə təmir işi aparanda kimə müraciət etməliyəm?

Evdə təmir işi aparanda kimə müraciət etməliyəm?

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Son illər mənzil və fərdi yaşayış evlərində təmir-tikinti işləri aparan vətəndaşların sayı artdıqca, hansı dəyişikliklərin sərbəst şəkildə edilə biləcəyi, hansılarının isə rəsmi razılaşdırma tələb etdiyi ilə bağlı suallar da çoxalır. Xüsusilə mənzillərdə divarların sökülməsi, otaqların birləşdirilməsi və planlaşdırmanın dəyişdirilməsi kimi hallarda qanunvericiliyin tələbləri tez-tez müzakirə olunur. Bəzi dəyişikliklər sadə təmir hesab olunsa da, binanın konstruksiyasına təsir göstərə biləcək müdaxilələr xüsusi qaydalarla tənzimlənir.
Mövzu ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, ilk növbədə söhbətin fərdi yaşayış evindən, yoxsa çoxmərtəbəli binadakı mənzildən getdiyini nəzərə almaq lazımdır.
Onun sözlərinə görə, fərdi yaşayış evlərində mülkiyyətçinin səlahiyyətləri daha genişdir.
"Əgər söhbət fərdi yaşayış evindən gedirsə, şəxs öz evinin daxilində istədiyi dəyişiklikləri edə bilər. Bu zaman əsas diqqət yetirilməli məqam təhlükəsizlik məsələləridir. Xüsusilə qaz xətləri və qaz avadanlıqları müvafiq standartlara uyğun olmalıdır. Qaz təsərrüfatına cavabdeh qurumlar da vaxtaşırı yoxlamalar aparırlar".
Vəkil qeyd edib ki, çoxmərtəbəli binalardakı mənzillərdə isə vəziyyət fərqlidir. Çünki burada aparılan dəyişikliklər təkcə bir mənzilə deyil, bütün binanın təhlükəsizliyinə təsir göstərə bilər.
"Lakin çoxmərtəbəli binadakı mənzillərdə vəziyyət bir qədər fərqlidir. Çünki mənzildə olan bütün divarlar eyni funksiyanı daşımır. Bəzi divarlar yalnız mənzilin daxili planlaşdırılmasına aid olsa da, digərləri binanın daşıyıcı konstruksiyasının tərkib hissəsi ola bilər".
Əkrəm Həsənovun sözlərinə görə, daşıyıcı divarlara müdaxilə xüsusilə riskli hesab olunur və belə hallarda məsələ yalnız mənzil sahibinin qərarı ilə həll edilə bilməz.
"Belə hallarda həmin divarlara müdaxilə digər mənzillərə və ümumilikdə binanın təhlükəsizliyinə təsir göstərə bilər. Əgər aparılan dəyişikliklər binanın konstruksiyasına təsir edə biləcəksə, bu məsələ
müvafiq dövlət qurumları ilə razılaşdırılmalıdır".
Ekspert bildirib ki, bəzi hallarda yerli icra hakimiyyəti orqanlarının və daşınmaz əmlak sahəsində səlahiyyətli qurumların razılığı tələb oluna bilər.
"Belə hallarda yerli icra hakimiyyəti orqanlarının və daşınmaz əmlak sahəsində səlahiyyətli qurumların razılığı tələb oluna bilər. Bu cür dəyişikliklər layihə sənədləri əsasında qiymətləndirilir və təhlükəsizlik baxımından uyğun olub-olmadığı müəyyənləşdirilir".
Vəkil əlavə edib ki, təmir işləri nəticəsində qonşuların əmlakına və ya mənzillərinə zərər dəydiyi hallarda onlar hüquqi müdafiə vasitələrindən istifadə edə bilərlər.
"Bundan əlavə, aparılan işlər qonşuların mənzilinə zərər vurarsa, onlar şikayət etmək hüququna malikdirlər. Belə vəziyyətlərdə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məsuliyyət də yarana bilər".
Əkrəm Həsənovun sözlərinə görə, praktikada vətəndaşların hər dəyişiklik üçün aidiyyəti qurumlara müraciət etməsi geniş yayılmış hal deyil.
"Praktikada isə vətəndaşların hər dəyişiklik üçün rəsmi icazə almağa müraciət etməsi çox rast gəlinən hal deyil. Adətən insanlar hansı müdaxilənin təhlükəli və ya riskli ola biləcəyini təxminən bilirlər və binanın dayanıqlığına təsir göstərə biləcək dəyişikliklərdən çəkinirlər".
O vurğulayıb ki, bütün arakəsmələr daşıyıcı funksiyası daşımır və bəzi hallarda onların sökülməsi əlavə risk yaratmır.
"Digər tərəfdən, elə daxili arakəsmələr də var ki, onların götürülməsi nə binanın konstruksiyasına, nə də qonşulara hər hansı təsir göstərir. Belə dəyişikliklər adətən təhlükəsizlik baxımından problem yaratmır".
Beləliklə, mənzildə əsaslı dəyişiklik etməzdən əvvəl texniki mütəxəssislərlə məsləhətləşmək və divarın daşıyıcı olub-olmadığını müəyyənləşdirmək vacibdir. Bu, həm hüquqi problemlərin, həm də gələcəkdə yarana biləcək təhlükəsizlik risklərinin qarşısını almağa kömək edir.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 İyun 2026 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri