Evdən 3000 manat dəyərində naqil oğurlandı
Binə qəsəbəsində evlərin birindən naqilin oğurlayan şəxs saxlanılıb.
Modern.az xəbər verir ki, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə müraciət edən ev sahibi oktyabrın 27-nə keçən gecə evindən 3000 manat dəyərində naqilin oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı B.Abdullayev müəyyən olunaraq saxlanılıb.
![see](https://icma.az/template/assets/see.png)