Avstraliyada təqaüdçü əmlakını mövcud olmayan adama miras qoydu
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Avstraliyada yaşayan bir təqaüdçü öz evini reallıqda heç vaxt mövcud olmayan bir qadına vəsiyyət edib.
Bu barədə "YourLifeChoices" nəşri məlumat yayıb.
Perrin soyadlı şəxs 2024-cü ilin may ayında vəsiyyətnamə hazırlayaraq, daşınmaz əmlakını illər əvvəl internetdə tanış olduğu və hər gün ünsiyyət qurduğu Stella adlı qadına miras qoyub.
Kişinin vəfatından sonra onun qızı həmin qadınla əlaqə saxlayaraq varis olduğunu bildirib. Lakin qarşı tərəf öz şəxsiyyətini təsdiqləməkdən imtina edib, pul tələb edib və daha sonra yazışmanı silib.
Bundan sonra Perrinin qızı məhkəməyə müraciət edib. İşin materiallarını araşdıran hakim belə qənaətə gəlib ki, Stella gerçək bir qadın deyil, arxasında dələduzluq şəbəkəsinin dayandığı saxta bir obrazdır.
Vəsiyyətnamənin özü qanuni hesab edilsə də, məhkəmə miras hüququnu yeganə varis kimi mərhumun qızına verib. O, həmçinin atasının əmlakının sərəncamçısı təyin edilib.
///oxu.az///
Baxış sayı:109
Bu xəbər 18 Oktyabr 2026 02:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















