Icma.az
close
up
RU
Evdən dişədək kredit: Alıcı və satıcı üçün riskli gələcək

Evdən dişədək kredit: Alıcı və satıcı üçün riskli gələcək

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda son illərdə kreditlə alış-verişə maraq nəzərəçarpacaq dərəcədə artıb.

Xüsusilə klinikalarda bütün növ stomotoloji xidmətlər, mobil telefon və avtomobil kimi yüksək məbləğ tələb edən məhsulların böyük hissəsi kredit hesabına başa gəlir. 

Mütəxəssislər bunu həm istehlak tələbinin artması, həm də bankların və maliyyə təşkilatlarının təqdim etdiyi kredit imkanlarının genişlənməsi ilə əlaqələndirirlər. 

Digər tərəfdən, bu tendensiyanın əhalinin alıcılıq qabiliyyəti, maliyyə vəziyyəti və gələcəkdə yarana biləcək borclanma riskləri ilə bağlı suallar doğurur. 

Bəs kreditlə alış-verişin artması gələcəkdə hansı riskləri yarada bilər?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, kreditlə stomatoloji klinikada müasir diş müalicələri, eləcə də telefon və avtomobil almağa marağın artmasının bir neçə əsas səbəbi var. 

“Birincisi, rəqəmsal skorinq sistemlərinin inkişafı sayəsində banklar istehlak kreditlərini bir neçə dəqiqə ərzində rəsmiləşdirə bilir, bu da kredit almağı çox sadə və əlçatan edib.

İkincisi, əməkhaqqılar bahalaşan mal və xidmətlərin qiymətini tam qarşılamadığı üçün insanlar bahalı məhsulları birdəfəlik ödəmək əvəzinə hissə-hissə almağa üstünlük verirlər.

Üçüncüsü, istehlak mədəniyyəti dəyişib, insanların rifah gözləntisi artıb, daha rahat və müasir yaşamaq istəyi güclənib, sosial mediada görünən istehlak nümunələri də bu tələbatı stimullaşdırır. Bundan əlavə, BOKT-ların (bank olmayan kredit təşkilatları) və "əvvəl al, sonra ödə" tipli xidmətlərin genişlənməsi kredit almağı demək olar ki, maneəsiz edib.

Bu tendensiya əhalinin real alıcılıq qabiliyyətinin zəiflədiyinə işarə edir. Əgər insanlar gündəlik və ya orta səviyyəli ehtiyaclarını (telefon, avtomobil və s.) nağd pulla deyil, kreditlə ödəməyə məcbur qalırsa, bu, gəlirlərin qiymət artımı ilə ayaqlaşmadığını göstərir. 

Mərkəzi Bankın məlumatına görə, artıq ev təsərrüfatlarına verilən kreditlərin həcmi milyardlarla manatı keçib və bu artım əsasən istehlak kreditləri hesabına baş verir, biznes kreditlərindən qat-qat çoxdur.

Bu da onu göstərir ki, əhali gəlir yaratmaq üçün deyil, gündəlik istehlakı davam etdirmək üçün borclanır. Bu, sağlam iqtisadi böyümədən çox maliyyə gərginliyinin əlaməti sayıla bilər.

Gələcək risklər həm vətəndaşlar, həm də bank sektoru üçün ciddidir. Vətəndaşlar üçün əsas risk borc yükünün gəlir artımını üstələməsidir. Bu zaman ailələrin gəlirinin böyük hissəsi kredit ödənişlərinə gedir, bu da digər zəruri xərcləri məhdudlaşdırır və maliyyə sabitliyini pozur.

İş yerinin itirilməsi və ya gəlirin azalması kimi hallarda bu, problemli kreditlərin artmasına səbəb olur. Bank sektoru üçün isə risk ondan ibarətdir ki, kredit portfeli getdikcə daha çox istehlak kreditlərinə yönəlir, bu da qısamüddətli mənfəət versə də, uzunmüddətdə portfelin keyfiyyətini zəiflədə bilər. Xüsusilə də BOKT-lar vasitəsilə verilən nəzarətsiz kreditlərdə”.

Ekspert qeyd edib ki, kütləvi ödəməmə halları baş verərsə, bu, bank sisteminin sabitliyinə də mənfi təsir göstərə bilər, çünki real sektorun (biznesin) maliyyələşdirilməsi arxa planda qalır və iqtisadiyyatın məhsuldar hissəsi zəifləyir.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: kredit Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyul 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri