Icma.az
close
up
RU
Evdən qaçan arvadına küçədə 14 bıçaq vurdu, həbs olunmadı Bakıda DƏHŞƏTLİ CİNAYƏT

Evdən qaçan arvadına küçədə 14 bıçaq vurdu, həbs olunmadı Bakıda DƏHŞƏTLİ CİNAYƏT

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

CİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il avqustun 30-da Bakının Yasamal rayonunda kişi arvadını bıçaqlayıb. Polis və prokurorluq əməkdaşları daxil olan məlumat əsasında əraziyə yollanıb və məlum olub ki, hadisə B.Vahabzadə küçəsi 14 ünvanında qeydə alınıb. 

Araz İsazadənin qısqanclıq zəminində 1997-ci il təvəllüdlü Nuridə Əhədovaya bıçaqla  xəsarətlər yetirməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Anket məlumatlarına əsasən, Araz İsazadə 1989-cu ildə Bakı şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb, özəl şirkətdə mühasib işləyib.

Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Nuridə Əhədova 2022-ci ilin may ayının axırlarında faktiki ər-arvad münasibətlərində yaşadığı Araz İsazadəyə heç nə demədən evdən gedib və bir daha geri qayıtmayıb. Bu səbəbdən kişi qadını axtarmağa başlayıb. Araz avqust ayında qadının Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən “Olimp Hospital” tibb mərkəzində tibb bacısı işlədiyini öyrənib. İşdən çıxandan sonra qadını izləyərək onun Nəsimi rayonu, İzzət Həmidov küçəsi 18 ünvanında yaşadığını müəyyən edib. Münasibətlərinə aydınlıq gətirmək məqsədi ilə avqustun 30-u səhər saat 08:30-da idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə  tibb müəssisəsi ilə üzbəüz yerləşən B.Vahabzadə küçəsi 14 ünvanında qadının işə gəlməsini gözləyib. Nuridə Əhədova həmin ərazıdən keçəndə, onun qarşısını kəsib evə qayıtmasını tələb edib. Qadın razılaşmayıb etiraz edəndə, Nuridə Əhədovanı zorla avtomobilin arxa oturacağına mindirərək, ordan uzaqlaşmaq istəyib. Bu zaman qadın hərəkətdə olan avtomobilin qapısını açıb özünü yerə atıb. Hiddətlənən Araz qisas niyyəti ilə onu öldürmək qərarına gəlib.

Daim maşının sürət qutusunun yanında saxladığı məişət təyinatlı bıçağı götürərək, yıxılmış vəziyyətdə olan arvadının üzərinə çıxıb. Yalvarışlarına, müqavimət göstərməsinə, habelə ətrafa toplaşan vətəndaşların müdaxilə cəhdlərinə baxmayaraq, müstəsna dərəcədə rəhimsizliklə Nuridənin üzünə, boyununa, sinəsinə və qollarına ümumilikdə 14 dəfə zərbə endirib. Huşsuz vəziyyətdə olan qadının öldüyünü zənn edərək, avtomobilinə əyləşib və hadisə yerindən qaçıb. Lakin yaralanan qadın işlədiyi tibb mərkəzinə çatdırılaraq, həyatı xilas edilib.

İş üzrə dindirilmiş Araz İsazadə bildirib ki, 2012-ci ildə dayısıqızı Türkanə İsazadə İlə evlənib, nikahdan 2 övladları dünyaya gəlib. 2021-ci ilin iyul ayında boşanıblar. Avqustun 31-də dayısı nəvəsi Nuridə Əhədovanı yaşadığı Biləsuvar rayonundan qaçıraraq Bakı şəhərinə, yaşadığı evə gətirib:

“Aramızda rəsmi nikah yox idi, dini kəbin bağlanmışdı. 2022-ci il mayın 21-də səhər evdən çıxanda, Nuridə normal qaydada sağollaşaraq, məni işə yola saldı. Gün ərzində dəfələrlə zəng etsəm də, nömrəsinə zəng çatmadı. Nuridənin evdə olmadığını, kağız parçasında yazılanları oxuyanda, qadının guya mənim tərəfimdən döyülməsi, söyülməsi, habelə toy etməməsi səbəbindən ayrıldığını yazdığını gördüm. Nuridəni axtarsam da tapa, onunla heç cür əlaqə saxlaya bilmədim.

Araz İsazadə

Avqustun 26-da İnşaatçılar prospekti ilə avtomobili idarə edən zaman Nuridənin orda yerləşən tibb mərkəzindən çıxdığını gördüm. Qadın metronun “Elmlər Akademiyası” stansiyasına girdiyi üçün maşını saxlayıb stansiyaya daxil oldum. Nuridə “28 May" stansiyasında platformadan çıxıb Nəsimi rayon Polis İdarəsi istiqamətində gedərək, sonra hündürmərtəbəli yaşayış binasına girdi. Ayın 30-da səhər avtomobillə Nuridənin işlədiyi tibb müəssisəsinin qarşısına gəldim. Saat 9 radələrində avtomobilin sol yan güzgüsündən Nuridənin metro tərəfdən gəldiyini və yanında bir nəfər oğlan olduğunu gördüm. Mühərriki işə salaraq, maşından düşdüm və hər iki əlimlə Nuridənin sağ qolundan tutub avtomobilə əyləşməsini dedim. Oğlandan kim olduğunu soruşanda, o, özünü Nuridənin iş yoldaşı Həsən Şabanov kimi təqdim etdi".

Güc tətbiq edərək, qadını avtomobilə mindirib qapını örtüb. Sükan arxasına əyləşib bir az hərəkət edən kimi Nuridə qapını açaraq, özünü çölə atıb:

“Avtomobili saxlayıb, əlimdə bıçaqla maşından düşdüm. Nuridənin üstünə çıxaraq, onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurdum. Maşına əyləşərək, ordan uzaqlaşdım. Amma bir qədər sonra yenidən hadisə yerinə qayıdaraq, Nuridənin orda qalıb-qalmamasını bilmək istədim. N.Hikmət küçəsində Yol Patrul Xidmətinin əməkdaşları, qarşımı kəsərək, maşından çıxmağımı tələb etdilər. Əmrə tabe olaraq avtomobildən düşdüm. Məni 27-ci polis bölməsinə apardılar”.
Zərərçəkmiş Nuridə Əhədova ifadəsində göstərib ki, qeyri-rəsmi yaşadığı Araz İsazadə narkotik vasitələr qəbul edib:

“Məni də narkotik maddələr istifadə etməyə məcbur edirdi. Buna etiraz edəndə məni döyürdü. Arazın hərəkətlərinə dözə bilmirdim, dəfələrlə intihar etmək istəmişəm. Evdən çıxan gün anama zəng edərək məni bu evdən götürməsə özümü öldürəcəyimi dedim.

Avqustun 30-da iş yerimə çatanda, Araz qarşıma çıxaraq, məni hədələdi. Qolumdan tutub sürüyərək, maşına mindirdi. Özümü avtomobildən atandan sonra qaçdım. Amma irəlidə dayanan avtomobilə dəyib yerə yıxıldım. Araz əlindəki bıçağı göstərərək, kimsə yaxın gəlsə, onu vuracağını bildirdi. Xəstəxanaya gec çatdırılsaydım, qan itirmədən ölə bilərdim”.
Məhkəmə iclasında Araz İsazadə ifadə verməkdən imtina edib. Zərərçəkmiş Nuridə Əhədova bildirib ki, təqsirləndirilən şəxs özünü yalandan psixi xəstəlikdən əziyyət çəkən şəxs kimi təqdim edir. Əslində o, etdiyi faktiki hərəkətlərini dərk edib və bu səbəbdən ondan şikayətçidir.
Kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyinə əsasən, Araz İsazadə cinayət əməlini törədən zaman “travma mənşəli üzvi şəxsiyyət pozuntusu” kimi xroniki pozuntudan əziyyət çəkib. Odur ki, onun əməli Cinayət Məcəlləsinin 21-ci (anlaqsızlıq) maddəsinin təsiri altına düşüb.


Məhkəmə hesab edib ki, Araz İsazadənin Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 29,144.1-ci (adam oğurluğuna cəhd) maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Araz İsazadə cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən cəzadan azad edilib. Onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında tibbi xarakterli məcburi tədbirlər təyin olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Oktyabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri