Icma.az
close
up
RU
Gözləri görməyən şəxs Bakıda dəhşətli cinayət törətdi məhkəmə

Gözləri görməyən şəxs Bakıda dəhşətli cinayət törətdi məhkəmə

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda uzaq qohumunu qətlə yetirməkdə təqsirləndirilən görmə məhdudiyyətli Qulu Abbasovun cinayət işinin ilk məhkəmə baxışı keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vuqar Seyidovin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənin vəkili müdafiə etdiyi şəxsin fiziki qusurlu, yəni görmə məhdudiyyətinin olduğu üçün onun barəsində seçilmiş həbs qətimkan tədbirinin alternativ tədbirlə əvəz olunması ilə bağlı vəsatət təqdim ediи.

Buna münasibət bildirən prokuror törədilən cinayətin iсtimai təhlükəliliyini nəzərə alaraq, vəsatəti əsassız sayıb. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra proses dövlət ittihamçısının ittihamı elan etməsi ilə davam edib. Elan olunmuş ittihama görə Qulu Abbasov özunü qismən təqsirli bilərək, sərbəst ifadəsi zamanı baş verən qanlı cinayətə aydınlıq gətirib.

O, ifadəsində bildirib ki, hadisə 5 il əvvəl, mərhum Xanlar Əmirov onun görmə məhdudiyyətli olmağından sui-istifadə edərək ailəsinin qadın üzvlərindən birinə qarşı qeyri-etik hərəkət etməsi olub.

Məsələ ilə bağlı Qulu Abbasov Xanlar Əmirovla bir neçə dəfə mübahisə etsə də, onun əmisi oğlu tərəfindən müdaxilə olunduğundan insidentin qarşısı alınıb.

Tərəflər arasındakı sonuncu qanlı insident isə Qulu Abbasovun qonşusu olan Taleh adlı şəxsin evində baş verib. Təqsirləndirən şəxs ifadəsində bildirib:

"Qonşum Talehlə süfrə arxasındaydıq, spirtli içki də qəbul etmişdik. Söhbət əsnasında Xanların da ora gələcəyini eşitdim. Gözlərim görməsə də Talehin evindəki masanın üstündəki qutuda həmişə bir neçə bıçaq oldugunu bilirdim. Fürsət edib bıçaqlardan ikisini götürüb köynəyimin qollarında gizlətdim".

Prokuror bıçaqları nə məqsədlə götürdüyünü soruşanda təqsirləndirilən qeyri-səmimi cavab verərək, evinə aparmaq istədiyini deyib.

Prokurorun "Evində bıçaq yox idi bəyəm?" sualı isə Qulu Abbasov tərəfindən cavablandırılmayıb.

Hadisənin baş vermə anına gəlincə isə, təqsirləndirilən bildirib ki, bu ilk olaraq Xanlar Əmirovun ona sataşmasından sonra olub.

"Biz hamımız masa arxasında əyləşmişdik. Elə vəziyyət yarandı ki, mən masa arxasında durub çıxmaq istədim. Buna görə Xanlarla masa arasındakı dar yerdən keçməliydim. Bu an Xanlar qəsdən ayağı ilə yolumu kəsdi və getməyimə imkan vermədi. Büdrəyib çətinliklə keçəndən sonra mübahisəyə başladıq. Təxminən onun üzərində bıçağın olduğunu hiss etmişdim. Hiss etdim ki, o məni bıçaqla vuracaq. Görmədiyim üçün onun hücumuna qarşılıq olaraq onu bıçaqla vurdum. Bıçağın sındıgını hiss etdikdən sonra ikinci bıçaqla zərbələr endirdim və hiss etdim ki, yıxıldı çarpayının üstünə".

Qulu Abbasov bundan sonra DİN-in "102 " qaynar xəttinə zəng edərək törətdiyi hadisə ilə bağlı məlumat verib.

Qeyd edək ki, qətlə yetirilən Xanlar Əmirov əvvəllər qəsdən adam öldürdüyünə görə məhkum olunub.

Məhkəmənin növbəti prosesi mayın 8-nə təyin edilib.
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Aprel 2025 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri