Icma.az
close
up
RU
Əvəz Zeynallının vəkili: “Cəzadan azad edilməsi üçün məhkəməyə ərizə verdik, o xəstəlik siyahıda var”

Əvəz Zeynallının vəkili: “Cəzadan azad edilməsi üçün məhkəməyə ərizə verdik, o xəstəlik siyahıda var”

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Həbsdə olan jurnalist Əvəz Zeynallının xərçəng xəstəliyinə tutulması ilə əlaqədar cəzadan azad edilməsi üçün vəkilləri Fəxrəddin Mehdiyev və Rəşad Əliyev ərizə ilə müraciət edib.

Bu barədə Bizimyol.info xəbər portalına vəkil Rəşad Əliyev məlumat verib. Vəkil bildirib ki, Əvəz Zeynallının hazırkı vəziyyəti onun cəzasının qalan hissəsindən azad edilməsinə əsas verir: “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin Siyahısı var. Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər də bu Siyahıya aiddir. Cinayət Məcəlləsinin 78.2-ci maddəsində də göstərilib ki, cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər”.

Rəşad Əliyev bildirib ki, Əvəz Zeynallının cəzadan azad edilməsi üçün həmkarı Fəxrəddin Mehdiyevlə birlikdə hazırladıqları ərizəni aprelin 15-də aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə təqdim ediblər. Vəkil ümid edir ki, məhkəmə ərizəni təmin edəcək: “Ümid edirəm ki, məhkəmə qanunvericiliyin tələblərini, müvafiq tibbi rəy və sənədləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qərar qəbul edər. Azərbaycanda məhkəmə praktikasında ağır xəstəliyə düçar olmuş şəxsin cəzanın çəkilməsindən azad edilməsi halları var”.

Müdafiəçi əlavə edib ki, humanizm prinsipləri baxımından da belə bir qərarın qəbulu vacibdir: “Xərçəng çox ağır xəstəlikdir, onun nəinki həbsxana şəraitində, hətta mülki xəstəxanalarda belə, müalicəsi çətindir. Bu səbəbdən hesab edirəm ki, Əvəz Zeynallının azadlığa çıxıb, müalicə olunmasına imkan yaradılacaq”.

Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynalova iki gün əvvəl məlumat yayaraq, onun bağırsağında bədxassəli şiş aşkarlandığını bildirib: “Bağırsağında olan bədxassəli şiş artıq “metastaz” verib, xərçəng qaraciyərinə yayılıb”.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə ittiham irəli sürülüb. “Xural TV” rəhbəri “Baku Steel Company” MMC-nin keçmiş rəhbəri Rasim Məmmədov haqqında materiallar yaymamaq üçün onun ailəsindən 20 min manat pul almaqda ittiham olunurdu. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib, daha sonra cəzası 2 ay azaldılıb. Lakin Əvəz Zeynallı ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, Rasim Məmmədovun ailəsindən pul almadığını bildirir.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Aprel 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri