Əvəz Zeynallının azadlığa çıxması üçün məhkəməyə müraciət edildi Vəkil
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əvəz Zeynallının səhhəti ilə bağlı cəzadan azad olunması üçün məhkəməyə müraciət edilib
Bakupost.az xəbər verir ki, tanınmış jurnalist Əvəz Zeynallının səhhətindəki ciddi problemlərlə əlaqədar onun cəzadan azad olunması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilib.
Bu barədə onun vəkili Rəşad Vaqifoğlu məlumat verib. Onun sözlərinə görə, müraciət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən təqdim olunub. Həmin maddəyə əsasən, cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.
Vəkil qeyd edib ki, “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin Siyahısı”nda “Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər” də yer alır.
“Ümid edirəm ki, məhkəmə qanunvericiliyin tələblərini, təqdim olunmuş tibbi rəy və sənədləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qərar qəbul edəcək”, – deyə Rəşad Vaqifoğlu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 15 Aprel 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















