Icma.az
close
up
RU
Evi plana düşənlərin NƏZƏRİNƏ: 2 dəfə çox kompensasiya almaq üçün...

Evi plana düşənlərin NƏZƏRİNƏ: 2 dəfə çox kompensasiya almaq üçün...

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Paytaxtda aparılan kütləvi söküntülər tikinti şirkətləri ilə ev sahibləri arasında ciddi narazılıqlara səbəb olur. Sakinlər bildirirlər ki, şirkətlər təklif etdikləri kompensasiyanı bazar qiymətlərinə uyğun hesablamır. İddialara əsasən, bəzi hallarda vətəndaşlara hər kvadratmetrə görə 2500 manat ödənildiyi halda, eyni ərazidə inşa olunan yeni binalarda mənzillərin satış qiyməti 1 kvadratmetr üçün 5000 manata qədər yüksəlir.

Buna səbəb nədir? Ödəniş necə olmalıdır?

Globalinfo.az-a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyib ki, tikinti şirkətləri müəyyən hallarda evləri razılaşma olmadan sökür və vətəndaşların mülkiyyət hüquqlarına müdaxilə edir:

“Kompensasiyanın aşağı məbləğdə təklif olunmasının əsas səbəbi şirkətlərin daha çox qazanc əldə etmək niyyətindən irəli gəlir. Bununla yanaşı, bəzi hallarda vətəndaşların normadan artıq kompensasiya tələbi də mübahisələrə səbəb olur. Xüsusilə böyük ərazilərin köçürülməsi zamanı tikinti şirkətlərinin maliyyə imkanları tələb olunan məbləği qarşılamaya bilər. Lakin istənilən halda vətəndaşların hüquqları üstünlük təşkil edir və konstitusiya ilə qorunur. Hətta vətəndaşın daşınmaz əmlaka mülkiyyət hüququ olmasa, lakin həmin ünvanda qeydiyyatda olarsa, onun kompensasiya hüququ nəzərə alınmalıdır. Əmlak qanunsuz tikili olduqda isə vəziyyət fərqli qiymətləndirilə bilər. Bu halda vətəndaşın normadan artıq vəsait tələbi əsaslı sayılmaya bilər, çünki onun həmin əmlak üzərində mülkiyyət hüququ yoxdur. Digər tərəfdən, bir və ya iki otaqlı mənzillərdə bir neçə ailənin yaşaması kompensasiya məsələsini daha da mürəkkəbləşdirir. Nəticədə mübahisələr çox vaxt məhkəmə mərhələsinə qədər gedib çıxır”.

Elnur Azadov

Ekspert bildirib ki, tikinti şirkətləri hər hansı layihəyə başlayarkən riskləri və mümkün mübahisələri əvvəlcədən nəzərə almalıdırlar:

“Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun və müvafiq normativ standartlara əsasən, hər bir əmlak fərdi qaydada qiymətləndirilməlidir. Məsələn, müəyyən ərazidə bütün evlərə eyni məbləğdə, yəni hər kvadratmetrə sabit qiymət tətbiq olunması ədalətli yanaşma deyil. Qiymətləndirmə zamanı mənzilin təmir vəziyyəti, aşınma dərəcəsi, tikilinin yaşı və digər xüsusiyyətlər nəzərə alınmalıdır. Fərdi evlərdə aparılmış əlavə tikililər və yaxşılaşdırmalar – hovuz, zirzəmi, mansard və digər qurğular da qiymətləndirməyə daxil edilməlidir. Lakin praktikada şirkətlər çox vaxt bu məsələlərə ümumi yanaşır. Bu səbəbdən müstəqil qiymətləndirmə ekspertlərinin prosesə cəlb olunmasına ehtiyac var”.

Elnur Azadov qeyd edib ki, vaxtilə Nazirlər Kabinetinin 86 saylı qərarı köhnəlmiş yaşayış fondunun sökülməsi ilə bağlı pilot layihələrin icrasını tənzimləyir və yerli icra hakimiyyətlərinin prosesdə iştirakını təmin edirdi:

“Bu mexanizm vətəndaşların hüquqlarının müəyyən qədər qorunmasına şərait yaradırdı. Qərar 2019-cu ildə ləğv edildikdən sonra isə söküntü aparan tərəflə vətəndaşlar arasında tənzimləyici mexanizm zəifləyib. Nəticədə, xüsusilə 2020-ci ildən sonra müxtəlif ərazilərdə mübahisəli hallar artıb. Hazırda tikinti şirkətləri müvafiq dövlət qurumlarından icazə və sərəncam aldıqdan sonra ərazidə köçürülmə prosesinə başlayırlar. Bu zaman vətəndaşların seçim imkanları məhdud olur və onlar faktiki olaraq təklif olunan şərtlərlə razılaşmağa məcbur qalırlar. Daha şəffaf mexanizm üçün söküntü və yenidənqurma layihələrinin tender yolu ilə həyata keçirilməsi məqsədəuyğun olardı. Bu halda tikinti şirkətləri rəqabət əsasında təkliflər verər, vətəndaşlar isə daha əlverişli şərtləri seçə bilərdilər. Prosesdə yerli icra hakimiyyətləri və şəhərsalma orqanlarının koordinasiyaedici tərəf kimi iştirakı vətəndaşların hüquqlarının daha effektiv qorunmasına xidmət edər”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Fevral 2026 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see466

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see373

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see370

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see342

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see339

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see329

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see329

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see325

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see321

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see306

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see298

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see295

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see280

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see280

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see272

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see267

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see266

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see264

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri