Icma.az
close
up
RU
Evimizə gəldik! Şuşakəndin yeni nəfəsi Əhliyət Abbasovun hekayəsi FOTO

Evimizə gəldik! Şuşakəndin yeni nəfəsi Əhliyət Abbasovun hekayəsi FOTO

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Xocalı rayonunun Şuşakənd kəndində həyat yenidən canlanır. Uzun illər işğal altında qalan kənd  bərpa edilərək, sakinlərini yenidən qarşılayır. Kəndə ilk mərhələdə dönən ailələr arasında bu torpağın köklü sakinlərindən biri də 79 yaşlı Əhliyət Talış oğlu Abbasovdur.

Əhliyət Abbasov uzun illər Şuşa şəhəri və ətraf yaşayış məntəqələrində həm dəmirçi, həm də sınıqçı kimi fəaliyyət göstərib. El-obanın sevgisini qazanmış Əhliyət kişinin elində xoş günləri uzun çəkmir. Müharibə, Abbasovlar ailəsini də öz yurdundan didərgin salır. 1-ci Qarabağ müharibəsindən sonra ailə uzun müddət Ağcabədi rayonunda məcburi köçkün həyatı sürməyə məcbur olur.79 yaşlı  Əhliyət Abbasov bu gün yenidən doğma torpağına qovuşmasının sevincini yaşayır. O, deyir ki, illərlə çəkilən yurd həsrəti ən çox içini yandıran hiss olub:“Buraya qayıtmaq ömrümün ən böyük arzusuydu. Hər gecə yuxularımda Şuşanı, doğma torpaqları görürdüm. Bu gün o arzu gerçəkləşdi.” Bu gün Əhliyət kişi 7 övladı, 25 nəvəsi, 5 nəticəsi ilə torpağa ayaq basıb.

O deyir ki,  doğma yurda dönüş təkcə onun üçün deyil, bütün ailəsi üçün böyük sevinc və qürurdur. Əhliyət  Abbasov bu gün də torpağında yarımçıq qalan işini, sənətini davam etdirir. El arasında sınıqçı kimi tanınan Əhliyət kişi kömək üçün onu deyib gələnləri ümidsiz buraxmır. O, öz həyətində abadlıq işlərinə də başlayıb.

32 ildən çoxdur ki, ayrı düşdüyü vətən torpağında öz həyatını yenidən qurur. Onun sözlərinə görə, qayıdış təkcə fiziki olaraq torpağa dönmək deyil, həm də insanın mənəvi olaraq özünü tapmasıdır.

Bu gün bu torpaqlarda həyat yenidən öz axarına qayıdır. Xocalı rayonunun Şuşakənd kəndində hazırda geniş bərpa işləri aparılır. Yenilənmiş infrastruktur, yenidən təmir edilən evlər, çəkilən kommunikasiya xətləri burada normal yaşayışın bərpasına şərait yaradır. Sakinlərin öz doğma yurdlarına qayıtması bölgədə sosial-iqtisadi canlanmanın əsas göstəricilərindən biri kimi qiymətləndirilir. Qeyd edək ki, kəndə köç prosesi mərhələli şəkildə davam etdir. Sakinlər evlərinə qayıdır. Evimizin işığını yenidən yandırırıq.

Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:365
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Dekabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri