Zəfərdən bir gün əvvəl şəhadətə ucaldı Möhlət Abbasovun HƏYAT HEKAYƏSİ FOTO
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Vətən Müharibəsi şəhidi Abbasov Möhlət Eldəniz oğlunun şəhadətə ucalmasında 5 il ötür.
Bizim.Media xəbər verir ki, Abbasov Möhlət Eldəniz oğlu 19 mart 2001-ci ildə Daşkəsən rayonunda anadan olub.
O, ailənin ilk övladı olub.
Təhsilinə 2007-ci ildə Gəncə Şəhər 21 nömrəli tam orta məktəbdə başlayan Möhlət 2018-ci ildə məzun olub. 2019-cu il həqiqi hərbi xidmətə yollanıb.
O, 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsinin ilk günündən savaşıb. Müharibəyə qoşulanda isə onun hərbi xidmətinin bitməsinə 3 gün qalmışdı. Lakin o, Vətən uğrunda döyüşməyi seçir. Möhlət elə müharibənin bitməsinə də 1 gün qalmış şəhidlik zirvəsinə yüksəlir.
Möhlət Abbasov 7 noyabr 2020-ci ildə Şuşanın Daşaltı istiqamətində qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Möhlət Abbasov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidimiz Daşkəsən rayonunda dəfn olunub.
Naibə Məmmədova, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 07 Noyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















