Icma.az
close
up
RU
Muzeylər evimizə gəlir

Muzeylər evimizə gəlir

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Süni intellekt bizi hər an tarixin yadigarlarına qovuşdurur

Muzeyin qapısından içəri keçəndə sanki başqa bir dünyaya düşürsən. Orada zaman dayanır, nəfəsin belə keçmişin pıçıltılarına qarışır. Sakit zalda addımların səsi yavaşladıqca ürəyinin dərinliklərində qəribə bir duyğu oyanır – həsrət və heyranlıq.

Şüşə vitrinlərdə sərgilənən danışmağa hazır, lakin susmuş hər bir əşyada hələ neçə oxunmamış hekayə var.  Solğun məktublara məhəbbətin nəfəsi hopub, sınıq qablarda unudulmuş yeməklərin dadı qalıb, paslı qılınc min illərin mübarizəsindən xəbər verir. Bu əşyalardan istifadə edilmir, onlar tarixdən gələn uzaq səsə çevrilir. 

Muzeyin havası qəribədir,  bir az köhnə kitab qoxusu, bir az da keçmişin tozu hiss olunur və bu aləmdə gözlərini qapadanda  özünü əsrlər əvvəl yaşamış babaların yanında təsəvvür edirsən. Sanki sən də onlarla eyni küçədə gəzərək ulduzlara baxmısan. 

Hər zalda ayaq saxlayanda isə qulağına bir səs pıçıldayır: – Görürsənmi, zaman heç vaxt dayanmayıb. Nəsillər dəyişib, amma xatirələr yaşayır. Muzeyin ən böyük sehrini də elə buradan anlayırıq: keçmişi unutdurmur, ona həyat verir. Orada tarix  nağıl kimi gözlərimizin önündə canlanır. Və muzeydən çıxanda içimizi qəribə bir istilik bürüyür, sanki əllərimizə əsrlərin ətri hopur, gözlərimizə qədim zamanların işığı düşür. 

Muzeylər tariximizin nəfəsini, yaddaşımızın izlərini qoruyan ən qiymətli məkanlardır. Yolumuz  buradan  düşəndə zamanın uzun dəhlizindən addımlayaraq min illər əvvələ qayıdırıq. Hər paltar, qılınc,  musiqi aləti  bir şəxsin yaşamından xəbər verir. Hansısa padşahın libasını görəndə onun necə bir vüqarlı duruşa sahib olduğunu düşünürük. Atının üstündəki örpəyə baxanda sanki o süvarinin kölgəsi gözlərimizin önündən keçir. Muzey bu anlarda ruhu olan məbədə çevrilir. 

Müasir dövrdə  texnologiya bizə möcüzələr, virtual reallıqlar (VR) bəxş edib. Artıq muzeylərə getmək üçün uzun yollar qət etməyə, saatlarla zal-zal gəzməyə ehtiyac yoxdur. Virtual reallıq eynəklərini taxmaq kifayətdir ki, bir anın içində dünyanın istənilən muzeyində rahat gəzə bilirsən. Bu eynəklər insana elə bir təəssürat bağışlayır ki, sanki həqiqətən həmin məkandasan, addımlarını atır, divarlara baxır,  bir sarayda  dolaşırsan. Bununla da muzeylərin sehrinə daha biri əlavə olunur, biz həm də texnologiyanın yaratdığı gerçəklikdə hisslərimizi dərinləşdiririk. 

Süni intellektin köməyi ilə eksponatlar barəsində səsli məlumat ala, istədiyimiz qədər yaxınlaşa bilir, hər detalı daha dərindən öyrənirik. Virtual muzeylərin  sehri isə budur: onlar sadəcə eksponatları göstərmir, həm də keçmişin nəfəsini evlərimizə gətirir. 

İndi isə əsas mövzumuza qayıdaq: Azərbaycan muzeyləri artıq bir neçə ildir ki, virtual reallıq və 360° texnologiyalar vasitəsilə hər bir ünvana ayaq açıb. Heydər Əliyev Mərkəzinin “Azərbaycanın xəzinələri” adlı 3D turu, İçərişəhərin “#icherisheher360” layihəsi, Azərbaycan Milli Xalça Muzeyinin onlayn ekskursiyaları bu sahədə öncül addımlardır. Məhz bu platformalar sayəsində insan evindən çıxmadan tarixin qapısını aralaya, abidələrin, incəsənət nümunələrinin arasında dolaşa bilir. Virtual turlar təkcə görüntü ilə məhdudlaşmır. Süni intellekt sayəsində muzeylər daha interaktiv olur. Bir eksponatın qarşısında dayananda, AI o barədə ətraflı məlumat verir, əlavə faktlarla izah edir. Hətta eyni eksponat haqqında müxtəlif auditoriyalar üçün fərqli dildə və üslubda danışır: uşaq üçün nağıl, alim üçün faktlarla zəngin elmi izah. 

Beləcə, muzeylər hər bir ziyarətçinin marağına uyğun “şəxsi bələdçi”yə çevrilir. Buranı gəzəndə isə onların havası,  sükutu, eksponatların kölgəsi ilə yanaşı, qəlbə toxunan bir məqam da arxa fonda səslənən musiqilər olur. Eynəyi taxıb səyahətə başlayanda saysız-hesabsız eksponatlarla qarşılaşır, hər dəfə bir düyməyə basanda isə sanki zamanın qapısını döyürsən. Düyməni “klik”lədiyin an görünməz bir əl səni həmin eksponatın qarşısına aparır və yenə bir “klik”… Ekranda həmin eksponat haqqında bütün məlumatlar ortaya çıxır – istədiyin dildə, istədiyin qədər geniş. Əvvəllər yalnız bələdçilərin söylədiyi hekayələr indi süni intellektin səsi ilə daha rəngarəng, daha əlçatan olur. 

Arxa planda səslənən musiqi də hər bir eksponata öz ruhunu bəxş edir. Tarixi bir xalçanın qarşısında milli musiqinin sədaları eşidilir, qədim bir kitabda isə  instrumental alətlərin səsi dilə gəlməyən sözləri tamamlayır. Bəlkə də bu səbəbdən virtual muzeylər gələcəklə keçmiş arasında ən möhkəm körpüdür. 

Virtual muzeylər həm də müəllimlərin işini asanlaşdırır, təhsil işçiləri şagirdlərə muzeyləri rahatlıqla gəzdirə bilirlər. Şirvan şəhər 3 saylı məktəbin ibtidai sinif müəllimi Səidə Nəsirova deyir ki, paytaxtdakı muzeyləri gəzmək arzusu şagirdlərim üçün uzaq görünürdü. Amma mən Şirvan məktəbinin  imkanlarına güvənərək 3-cü sinif şagirdlərinin bu arzusunu virtual muzey səyahəti ilə gerçəkləşdirdim. Texnologiya vasitəsilə uşaqlar sanki Bakının böyük muzeylərinin qapısından içəri girdilər. Onların balaca barmaqları “klik” etdikcə ekranda yeni zal açıldı, hər eksponat gözlərinin önündə canlandı. 

Ən maraqlısı isə o idi ki, bu kiçik sinif otağına sığan ekran  böyük bir dünyaya çevrildi.  Onların baxışlarında sevinc, gözlərində həyəcan vardı. Hər eksponata baxanda elə təsirlənirdilər ki, sanki həqiqətən də muzeydə gəzirlər. Bir anlıq uşaq təxəyyülü texnologiyanın verdiyi görüntü ilə birləşir, tarixlə canlı təmasa çevrilirdi. Onlar həm texnologiya ilə tanış oldular, həm də heç vaxt getmədikləri muzeyləri “gəzdilər”. 

Əslində həyatda hər zaman  fürsətlər ələ düşmür. Bəzən imkanlarımız məhdud olur, arzuladığımız yerlərə gedə bilmirik. Amma əsas  odur ki, həvəsdən düşməyək, müxtəlif yollar axtaraq, seçim variantları taparaq məqsədimizə yaxınlaşmağı bacaraq.

Ləman TƏHMƏZ 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1181

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see427

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see353

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see352

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see351

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see343

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see305

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see281

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see251

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see224

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see199

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see197

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see192

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see187

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see177

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see170

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri