Icma.az
close
up
RU
Evin var, sənədin yox? Azərbaycanda çıxarışsız evlərin taleyi MÜSAHİBƏ

Evin var, sənədin yox? Azərbaycanda çıxarışsız evlərin taleyi MÜSAHİBƏ

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sənədsiz evlər problemi Azərbaycanda hələ də aktuallığını qoruyur. Ölkədə sənədsiz fərdi evlərin mövcudluğu həm sosial, həm iqtisadi, həm də hüquqi baxımdan həllini gözləyən əhəmiyyətli bir məsələ olaraq qalır.

Əmlak eksperti Elnur Fərzəliyev mövcud problemlə bağlı Milli.Az-a müsahibə verib:

- Elnur müəllim, hazırda ölkədə sənədsiz evlərlə bağlı vəziyyət necədir?

- Hazırda ölkə ərazisində yüz minlərlə sənədsiz fərdi yaşayış evi mövcuddur. Bu evlərin böyük hissəsi paytaxt Bakı və Abşeron yarımadasının payına düşür. Təkcə Bakı və Abşeron ərazisində təxminən 500 minə yaxın çıxarışsız fərdi yaşayış evi və torpaq sahəsi var.

- Bu problemin tarixi kökləri nəyə dayanır?

-Çıxarışsız fərdi yaşayış evlərinin bir hissəsi Sovetlər dönəminə təsadüf etsə də, böyük bir hissəsi 90-cı illərdən sonra formalaşıb. Sovet dövründə Bakının mərkəzində, xüsusilə Yasamal, Alatava, Sovetski, Papanin kimi ərazilərdə yaşayış məntəqələri olsa da, sakinlərə çıxarış verilmirdi. 90-cı illərdən sonra Kolxoz və sovxozların ləğvi ilə torpaq sahələri insanlara ayrılmağa başladı. 2000-2007-ci illərdə isə Bələdiyyələr tərəfindən fərdi yaşayış evlərinin inşası üçün torpaqlar ayrıldı ki, onların da bir çoxu bu günə qədər çıxarışla təmin olunmayıb.

- Bəs bu evlərə çıxarışın verilməməsinin əsas səbəbləri nələrdir?

- Birinci əsas səbəb torpağın təyinatı ilə bağlıdır. Ev yaşayış məqsədilə istifadə edilsə də, sənədlərdə torpaq kənd təsərrüfatı, əkin və ya digər təyinatlı kimi göstərilir.

İkinci səbəb neft torpaqlarıdır. Xüsusilə Abşeron ərazisində bəzi sahələr gələcəkdə neft hasilatı ehtimalı olan torpaqlar kimi qeydiyyata alınıb.

Üçüncü səbəb isə tikinti normativlərinin pozulmasıdır. Evlər bir-birinə çox yaxın və təhlükəli şəkildə, həyətyanı sahə olmadan tikilib.

- Sənədsiz evlərin iqtisadi və sosial fəsadları nələrdir?

- Bu cür evlərdə ən ciddi problemlərdən biri qiymət fərqidir. Sənədli və sənədsiz evlər arasında bazarda kəskin qiymət fərqi yaranır. Bu, həmçinin torpaq sahələrində də belədir. Sənədsiz evlərin sayının çox olması vətəndaşların mülkiyyət hüquqlarının tanınmaması ilə barəbər həmçinin dövlət büdcəsini bu sahədən gələ biləcək külli miqdarda gəlirlərdən məhrum edir. Yəni, bu əmlaklar çıxarışla təmin olunarsa, həmin əmlaklar torpaq və əmlak vergisinə cəlb olunur. Başqa tərəfdən bu əmlaklar sığortalana bilir.

Bundan əlavə, sənədsiz evlər ipoteka yolu ilə satıla bilmir. Ölkənin böyük şəhərlərində, xüsusilə də Bakı, Abşeron, Xırdalan və Sumqayıt şəhərində daşınmaz əmlakların satış qiymətləri kəskin bahadır. Lakin çıxarışsız fərdi yaşayış evlərinin satış qiymətləri çox ucuzdur. Əgər bu əmlaklar çıxarışla təmin olunarsa, vətəndaşlar həmin ucuz evləri müxtəlif növ kreditli şərtlərlə, xüsusən ipoteka ilə əldə edərlərsə, ilkin ödənişləri az olar və aylıq ödənişləri minimum olar. Bu da mənzilə ehtiyacı olan insanların ev problemlərini aradan qaldırmış olar.

Hüquqi baxımdan da ciddi çətinliklər mövcuddur. Çıxarışı olmayan əmlaklar miras bölgüsü, boşanma və digər məhkəmə proseslərində problemlər yaradır.

- Problemin həlli ilə bağlı nə demək olar?

- Bu tip əmlakların çıxarışla təmin olunması olduqca vacibdir. Bu addım həm vətəndaşların mülkiyyət hüquqlarının tanınmasına, həm də ölkə iqtisadiyyatının inkişafına və dövlət büdcəsinin gəlirlərinin artmasına mühüm töhfə verə bilər.

Mina Mikayılova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Yanvar 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri