Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Evini kirayə verənlərin nəzərinə

Evini kirayə verənlərin nəzərinə

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Evini kirayə verən şəxslər vergi ödəməlidirlər".

Bunu Metbuat.az-a açıqlamasında vergi məsələləri üzrə hüquqşünas Anar Bayramov deyib.

O bildirib ki, fiziki şəxslər tərəfindən evlərin kirayə verilməsi qeyri-sahibkarlıq fəaliyyəti sayılır və bu fəaliyyət üzrə verginin dərəcəsi 14 faizdir. Bu vergi kirayə verən şəxsin gəlirindən hesablanaraq dövlət büdcəsinə köçürülür:

"Amma bəzi hallarda, vergi kirayə verənin gəlirindən hesablanmasına baxmayaraq, ödənişi edən şəxs əgər vergi ödəyicisidirsə, gəlir vergisini ödəmə mənbəyində tutmalı və büdcəyə köçürməlidir. Yəni, əgər kirayəni götürən şəxs vergi ödəyicisidirsə və öz fəaliyyəti üzrə hesabat verir, bu halda kirayə verən fiziki şəxsin ayrıca vergi hesabatı təqdim etməsinə ehtiyac qalmır. Artıq onun gəliri üzrə vergini ödəyən və hesabat verən şəxs (kirayəçi) var. Kirayə haqqından 14 faiz vergi tutulur və büdcəyə köçürülür. Məsələn, bir fiziki şəxs mənzilini ayda 1000 manata bir şirkətə kirayə verir. Şirkət bu məbləğin 14%-i qədər, yəni 140 manat vergini tutaraq dövlət büdcəsinə köçürür və yalnız 860 manat kirayə verənə ödəyir. Vergi bəyannaməsində isə kirayə verənin adı, soyadı, şəxsiyyət vəsiqəsinin FİN kodu və digər rekvizitləri qeyd olunur. Bu, işçilərə əmək haqqı ödənilməsi zamanı gəlir vergisinin tutulmasına bənzər bir mexanizmdir: yəni vergi öhdəliyi gəliri əldə edənə aid olsa da, onun adından işəgötürən tərəfindən tutulub ödənilir".

Ekspert qeyd edib ki, kirayə götürən şəxs vergi ödəyicisi deyilsə, şərtlər dəyişir:

"Məsələn bir tələbədirsə, bu zaman onun kirayə verənin gəlirindən vergi tutmaq və hesabat vermək imkanı yoxdur. Belə olan halda, kirayə verən şəxs özü uçota durmalı, illik gəlir vergisi bəyannaməsi təqdim etməli və əldə etdiyi kirayə gəlirindən 14 faiz vergi ödəməlidir. Məsələn, aylıq 1000 manat gəlir illik 12 000 manat edir. Bu məbləğdən 14 faiz hesablayaraq dövlət büdcəsinə vergi ödəməlidir".

A.Bayramovun sözlərinə görə, Azərbaycanda, xüsusilə də paytaxtda mənzillərin kirayə verilməsi üzrə böyük dövriyyələr olsa da, bu sahədə gəlirlər əksər hallarda rəsmi uçota alınmır:

"Regionlardan gələnlər, tələbələr, yeni evlənənlər və s. şəxslər Bakıda kirayə mənzillərdə qalır. Beləliklə, burada böyük məbləğlər dövr edir. Amma kirayə verən şəxslərin əksəriyyəti bu gəlirləri rəsmi şəkildə bəyan etmirlər və qeyri-rəsmi dövriyyə – “qara bazar” üstünlük təşkil edir. Bu vəziyyətin də öz fəsadları var. Məsələn, kirayəçi müəyyən müddətdən sonra kirayə haqqını ödəmədikdə və ya mənzilə maddi zərər yetirdikdə, notarial müqavilə olmadığı üçün kirayə verən hüquqi müstəvidə iddia irəli sürə bilmir. Çünki kirayə qeyri-rəsmi şəkildə həyata keçirilib. Bu isə problem yaradır. Amma getdikcə vəziyyət dəyişir. Artıq bir çox mənzil sahibləri bu fəsadları gördükdən sonra kirayə müqavilələrini notarial qaydada rəsmiləşdirirlər, gəlirlərini rəsmi şəkildə bəyan etməyə başlayırlar. Hüquq-mühafizə orqanları da bu sahədə nəzarəti gücləndirir və nəticə olaraq bu sahədə rəsmi tənzimləmə genişlənir".

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 20 Oktyabr 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri