Icma.az
close
up
RU
“Evini sığortalamayan üçün cərimə mexanizmi” VACİB AÇIQLAMA KONKRET

“Evini sığortalamayan üçün cərimə mexanizmi” VACİB AÇIQLAMA KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Vətəndaşlar arasında sığorta maariflənməsi yetərincə aparılmır. Düşünürəm ki, insanlar sığortanın mahiyyətinin tam fərqinə varmırlar. Sığortanın onları gələcəkdə hansı maddi zərərlərdən xilas edəcəyi barədə yetərincə məlumatlı deyillər. Həmçinin, icbari sığorta yetərincə oturuşmayıb. Əmlakın düzgün icbari sığortasının yenilənmə forması, cərimə mexanizmi təmin olunmayıb deyə, 80-85 faiz əmlakın icbari sığortası yoxdur”.

KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a danışan sığorta məsələləri üzrə ekspert  Vüsal Bədəlov deyib. Könüllü sığorta növünün daşınmaz əmlak sektorunda nə dərəcədə təsirli olması barədə danışan ekspert bildirib ki, könüllü sığorta növünü inkişaf etdirmək üçün düzgün cərimə, tənbeh mexanizmi olmalıdır:

“Məsələn, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında cərimə mexanizmi tətbiq edilir və bu sayədə ölkə ərazisindəki avtomobillərdə 100 faiz sığortalanma var. Əmlakın sığortası məsələsində də bu prosesi tətbiq etməklə könüllü sığorta növünü tam təmin etmək olar. Bu sahədə könüllü sığorta növünə çox az insan müraciət edir. Sığortalanan əmlakların böyük əksəriyyəti isə qeyri-yaşayışlarla bağlıdır. Könüllü sığorta etdirməklərinə səbəb isə başlarına gələn bədbəxt hadisələrlə əlaqəlidir.

Əmlakın könüllü sığortası ilə bağlı birinci növbədə icbari sığorta növü öz yerini almalıdır. Bundan sonra könüllü sığorta növünün daha qlobal rəsmiləşdirilməsi barədə danışmaq olar. Düşünmürəm ki, burada sığorta şirkətlərinə inam azdır. Ümumiyyətlə, sığortaya inam yetərincə deyil. Bunun başlıca səbəbi maarifləndirmənin zəif olması və insanlara sığortanın mahiyyətini düzgün, yetərincə izah etməməkdir”.

V.Bədəlov onu da qeyd edib ki, əmlakın könüllü sığorta növünü rəsmiləşdirmək üçün onun icbari sığortasının olması vacibdir:

“Könüllü sığorta növü isə həm daşınmaz əmlaka, həm də onun daxilində olan daşına bilən əmlaka şamil olunur. Əminliklə demək olar ki, sığorta şirkətinin öz üzərinə götürdüyü məsuliyyətin yanında ödəniş çox minimum olur. Ona görə hər kəs sözügedən sığorta növündən istifadə edə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Dekabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri