Icma.az
close
up
RU
“Evini sığortalamayan üçün cərimə mexanizmi” VACİB AÇIQLAMA

“Evini sığortalamayan üçün cərimə mexanizmi” VACİB AÇIQLAMA

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

“Vətəndaşlar arasında sığorta maariflənməsi yetərincə aparılmır. Düşünürəm ki, insanlar sığortanın mahiyyətinin tam fərqinə varmırlar. Sığortanın onları gələcəkdə hansı maddi zərərlərdən xilas edəcəyi barədə yetərincə məlumatlı deyillər. Həmçinin, icbari sığorta yetərincə oturuşmayıb. Əmlakın düzgün icbari sığortasının yenilənmə forması, cərimə mexanizmi təmin olunmayıb deyə, 80-85 faiz əmlakın icbari sığortası yoxdur”.

Avtosfer.az xəbər verir ki, bu sözləri "Yenisabah"a danışan sığorta məsələləri üzrə ekspert  Vüsal Bədəlov deyib. Könüllü sığorta növünün daşınmaz əmlak sektorunda nə dərəcədə təsirli olması barədə danışan ekspert bildirib ki, könüllü sığorta növünü inkişaf etdirmək üçün düzgün cərimə, tənbeh mexanizmi olmalıdır:

“Məsələn, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında cərimə mexanizmi tətbiq edilir və bu sayədə ölkə ərazisindəki avtomobillərdə 100 faiz sığortalanma var. Əmlakın sığortası məsələsində də bu prosesi tətbiq etməklə könüllü sığorta növünü tam təmin etmək olar. Bu sahədə könüllü sığorta növünə çox az insan müraciət edir. Sığortalanan əmlakların böyük əksəriyyəti isə qeyri-yaşayışlarla bağlıdır. Könüllü sığorta etdirməklərinə səbəb isə başlarına gələn bədbəxt hadisələrlə əlaqəlidir.

Əmlakın könüllü sığortası ilə bağlı birinci növbədə icbari sığorta növü öz yerini almalıdır. Bundan sonra könüllü sığorta növünün daha qlobal rəsmiləşdirilməsi barədə danışmaq olar. Düşünmürəm ki, burada sığorta şirkətlərinə inam azdır. Ümumiyyətlə, sığortaya inam yetərincə deyil. Bunun başlıca səbəbi maarifləndirmənin zəif olması və insanlara sığortanın mahiyyətini düzgün, yetərincə izah etməməkdir”.

V.Bədəlov onu da qeyd edib ki, əmlakın könüllü sığorta növünü rəsmiləşdirmək üçün onun icbari sığortasının olması vacibdir:

“Könüllü sığorta növü isə həm daşınmaz əmlaka, həm də onun daxilində olan daşına bilən əmlaka şamil olunur. Əminliklə demək olar ki, sığorta şirkətinin öz üzərinə götürdüyü məsuliyyətin yanında ödəniş çox minimum olur. Ona görə hər kəs sözügedən sığorta növündən istifadə edə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Dekabr 2024 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see402

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see346

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see241

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see229

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see206

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see205

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see205

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see203

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see197

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see189

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see182

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see181

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see177

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see170

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see168

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see163

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see161

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see154

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri