Icma.az
close
up
RU
Evini sığortalamayan üçün cərimə mexanizmi VACİB AÇIQLAMA

Evini sığortalamayan üçün cərimə mexanizmi VACİB AÇIQLAMA

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Vətəndaşlar arasında sığorta maariflənməsi yetərincə aparılmır. Düşünürəm ki, insanlar sığortanın mahiyyətinin tam fərqinə varmırlar. Sığortanın onları gələcəkdə hansı maddi zərərlərdən xilas edəcəyi barədə yetərincə məlumatlı deyillər. Həmçinin, icbari sığorta yetərincə oturuşmayıb. Əmlakın düzgün icbari sığortasının yenilənmə forması, cərimə mexanizmi təmin olunmayıb deyə, 80-85 faiz əmlakın icbari sığortası yoxdur”.

Ölkə.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a danışan sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyib. Könüllü sığorta növünün daşınmaz əmlak sektorunda nə dərəcədə təsirli olması barədə danışan ekspert bildirib ki, könüllü sığorta növünü inkişaf etdirmək üçün düzgün cərimə, tənbeh mexanizmi olmalıdır:

“Məsələn, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında cərimə mexanizmi tətbiq edilir və bu sayədə ölkə ərazisindəki avtomobillərdə 100 faiz sığortalanma var. Əmlakın sığortası məsələsində də bu prosesi tətbiq etməklə könüllü sığorta növünü tam təmin etmək olar. Bu sahədə könüllü sığorta növünə çox az insan müraciət edir. Sığortalanan əmlakların böyük əksəriyyəti isə qeyri-yaşayışlarla bağlıdır. Könüllü sığorta etdirməklərinə səbəb isə başlarına gələn bədbəxt hadisələrlə əlaqəlidir.

Əmlakın könüllü sığortası ilə bağlı birinci növbədə icbari sığorta növü öz yerini almalıdır. Bundan sonra könüllü sığorta növünün daha qlobal rəsmiləşdirilməsi barədə danışmaq olar. Düşünmürəm ki, burada sığorta şirkətlərinə inam azdır. Ümumiyyətlə, sığortaya inam yetərincə deyil. Bunun başlıca səbəbi maarifləndirmənin zəif olması və insanlara sığortanın mahiyyətini düzgün, yetərincə izah etməməkdir”.

V.Bədəlov onu da qeyd edib ki, əmlakın könüllü sığorta növünü rəsmiləşdirmək üçün onun icbari sığortasının olması vacibdir:

“Könüllü sığorta növü isə həm daşınmaz əmlaka, həm də onun daxilində olan daşına bilən əmlaka şamil olunur. Əminliklə demək olar ki, sığorta şirkətinin öz üzərinə götürdüyü məsuliyyətin yanında ödəniş çox minimum olur. Ona görə hər kəs sözügedən sığorta növündən istifadə edə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Dekabr 2024 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri