Icma.az
close
up
RU
Eviniz sığortalı olsa da, bu halda pulunuz bata bilər Mühüm detal

Eviniz sığortalı olsa da, bu halda pulunuz bata bilər Mühüm detal

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Mənzillərdə baş verən qəfil partlayışlar və bədbəxt hadisələr təkcə episentr sayılan evə deyil, dalğa effekti ilə ətrafdakı qonşu mənzillərə də ciddi maddi ziyan vurur. Belə böyükmiqyaslı qəzalardan sonra divarların uçması, qapı-pəncərələrin dağılması və əmlakın yararsız hala düşməsi fonunda ən ağrılı məsələ ziyanın kim tərəfindən və hansı vəsait hesabına qarşılanacağıdır. Cavab isə hadisənin başvermə səbəblərindən, təqsirkar tərəfin kimliyindən və mənzil sahiblərinin sığorta müqavilələrinin olub-olmamasından birbaşa asılıdır.
Məsələ ilə bağlı sığorta eksperti İlkin Nəcəfov Demokrat.az-a bildirib ki, ziyan dəymiş evin icbari əmlak sığortası varsa, dəymiş ziyan həmin sığorta çərçivəsində qarşılanır:
"Lakin əgər qonşuda baş verən partlayış nəticəsində sizin evinizə ziyan dəyibsə, bu halda qonşunun sığortası birbaşa sizin ziyanı kompensasiya etmir. Yəni sizin evə görə ayrıca ödəniş hüququ yaranmır.
Qonşunun öz evinə dəyən ziyan isə onun icbari əmlak sığortası varsa, həmin sığorta tərəfindən qarşılanır.
Eyni qayda ilə, əgər partlayış qonşuda baş veribsə və sizin icbari daşınmaz əmlak sığortanız mövcuddursa, sizin sığorta şirkəti sizə dəyən ziyanı ödəyir. Daha sonra isə günahkar tərəf müəyyən olunduğu halda, sığorta şirkəti subroqasiya qaydasında ona qarşı reqres iddiası qaldıraraq ödədiyi məbləği həmin şəxsdən tələb etmək hüququna malik olur. Beləliklə, sığorta sistemi həm zərərçəkənin müdafiəsini, həm də ədalətli məsuliyyət bölgüsünü təmin etmiş olur",- deyə o qeyd edib.
Yəni, mənzildə partlayış olub qonşulara ziyan dəyərsə, hər kəsin ziyanını öz icbari sığortası qarşılayır, daha sonra isə sığorta şirkətləri ödədikləri pulları məhkəmə yolu ilə hadisəyə səbəb olan günahkar tərəfdən geri tələb edir.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 May 2026 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri