Icma.az
close
up
RU
Evləndiyi qadına “DTX əməkdaşı” olduğunu dedi, DƏLƏDUZ ÇIXDI / MÜRACİƏT

Evləndiyi qadına “DTX əməkdaşı” olduğunu dedi, DƏLƏDUZ ÇIXDI / MÜRACİƏT

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Keçmiş həyat yoldaşı tərəfindən dələduzluğa məruz qalan Ülviyyə Həsənovadan şok açıqlamalar; Məhkəmə ona 17 min manat ödənilməsi haqda qərar çıxarsa da, aylardır icra olunmur...

İcraçılar dələduz Şahin Bəşirovu nə üçün himayə edir?

Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 46, mənzil 68/69 ünvanında yaşayan Həsənova Ülviyyə Sabir qızı tərəfindən “Hüriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və Ədliyyə naziri Fərid Əhmədova müraciət edir:

“Cənab Prezident!

Cənab Nazir!

Diqqətinizə çatdırım ki, mən 25.02.2023-cü ildə Füzuli rayon sakini, son aylaradək Xətai rayonundakı Dövlət Dənizçilik Akademiyasına məxsus yataqxanada məskunlaşan Bəşirov Şahin Bəşir oğlu ilə rəsmi olaraq ailə həyatı qurmuşam. Biz nişanlı olduğumuz müddətdə, eləcə də evlilik zamanı o, özünü DTX-nın “məsul əməkdaşı” kimi tanıtmışdı. Rəsmi olaraq ailə qurduqdan sonra onun məni belə, uydurma nağıllarla aldadan dələduz olduğu aşkara çıxdı.

Belə ki, Ş.Bəşirovun müxtəlif işləri həll etmək adı altında çox sayda vətəndaşdan pul aldığı və dələduzluq yolu ilə mənimsədiyi haqda çoxsaylı faktlar mövcuddur. Bu faktların bir çoxu mənimlə evlilikdən öncə baş versə də zərərçəkmiş şəxslər biz ailə qurduqdan sonra yaşadığımız evə, eləcə də onun qardaşının mənzilinə gedərək, öz pullarını tələb edirdilər. Hətta bəzi şəxslər dələduzluğa məruz qaldıqları üçün Baş Prokurorluq yanında Dövlət Korrupsiya İdarəsinə, o cümlədən, səhv etmirəmsə, DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Baş Mübarizə İdarəsinə rəsmi qaydada şikayət etmişdilər.

Hörmətli Prezident!

Hörmətli Nazir!

Təbii ki, bütün bu xoşagəlməz hadisələr, yəni həyat yoldaşımın əslində bir dələduz olduğunun aşkara çıxması məni ciddi narahat edirdi. Buna baxmayaraq, ailəmi qorumaq naminə həyat yoldaşım Şahin Bəşirovu bu vəziyyətdən çıxarmağa qərar verdim. Şübhəsiz, bu, həm də mənim borcum idi, ən azı mən belə düşünürdüm. Odur ki, həyat yoldaşımın həbs olunmaması üçün qardaşımdan 9500 min manat borc alıb, eləcə də “Bank of Baku”-dan 12000 manat kredit götürüb, “Bol kart”dan 1000 manat və “Gümüş kart”dan isə 1500 manat nağdlaşdırma edərək, borclarını qaytarmaq üçün tam şəkildə Şahin Bəşirova vermişəm. Bundan əlavə, o, “İrşad Telecom”-dan 3000 manata kreditə alınan “İphone” markalı telefonu da dərhal kənardakı mağazaya 2000 manata sataraq, onun da pulunu götürmüşdür. Bütün kreditlərin və borcların məsuliyyətini isə mən öz üzərimə götürmüşəm. Hansı ki, hara, necə xərcləndiyini bilmədiyim bu pulların aylıq ödənişləri əmək haqqımdan çoxdur və bu, məni indi də çıxılmaz vəziyyətə salır...

Üzülərək qeyd edirəm ki, birgə nikah dönəmində belə, özünü DTX-nın “önəmli fiquru” kimi təqdim edən Şahin Bəşirov, sonradan guya, DTX-dan aylarla maaşını ala bilmədiyi bəhanəsi ilə nəinki qardaşımdan aldığım borcları qaytarmağa cəhd etdi, hətta mənim adıma olan kreditləri “qardaşların ödəsin” deyərək, ödəməkdən imtina etdi.

Bu kimi hal bir neçə ay davam etdiyi üçün aramızda soyuqluq yarandı, nəticədə, ailəmi qorumaq üçün etdiyim çoxsaylı fədakarlıqlara rəğmən, ondan ayrılmağa qərar verdim. Əlbəttə, burada sadəcə borc və kredit məsələsi deyil, digər ailədaxili faktorlar daha çox rol oynadı. Lakin bütün bunlarla Sizin vaxtınızı almadan qeyd edim ki, mənim müraciətim əsasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 06.06.2024-cü ildə evliliyimizə xitam verildi.

Hakim Adilə Paşayeva 

Qeyd edim ki, həyat yoldaşımdan ayrılarkən ona qarşı heç bir mal-mülk davası açmadım, sadəcə, borc taparaq və kredit götürərək ona verdiyim təxminən 30 min manat vəsaitin hüquq müstəvisində qaytarılmasını məhkəmədən xahiş etdim. Lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14.10.2024-cü il tarixli qərarı ilə Bəşirov Şahin Bəşir oğlunun mənə 30 min manat deyil, birdəfəlik olaraq 17 min manat ödənilməsi haqda qərar qəbul edildi. Buna baxmayaraq, mən məhkəmənin qərarı ilə razılaşmaq məcburiyyətində qaldım. Düşündüm ki, heç olmasa 17 min manatı geri almaqla borcumu və kreditimin müəyyən hissəsini qaytararam.

Artıq məhkəmə qərarından 7 ay vaxt keçsə də, keçmiş həyat yoldaşım Ş.Bəşirov ona verdiyim məbləğin hətta təxminən yarısını – 17 min manatını belə, qaytarmaq istəmir. Təəssüflə qeyd edirəm ki, bütün bunlara baxmayaraq, məhkəmə qərarının icrasına nəzarət etməli olan qurum da hansısa səbəbdən öz vəzifə səlahiyyətlərini yerinə yetirməkdən boyun qaçırır. Qeyd edim ki, bununla bağlı icraçı Vüqar Alıyevin və Rəşadət adlı köməkçisinin qəbulunda olsam və dəfələrlə zəng vursam da, onlar açıq şəkildə öz səlahiyyətlərini icra etməkdən boyun qaçırırlar. Belə ki, məhkəmə Ş.Bəşirov tərəfindən birdəfəlik olaraq 17 min manat ödənilməsi haqda qərar qəbul etsə də, icraçı məni ödənişi hissə-hissə qəbul etməyə razı salmağa çalışır. Məlumat üçün bildirim ki, Ş.Bəşirov 7 ay ərzində icraçıya cəmi 500 AZN ödəyib ki, həmin vəsait də tərəfimdən qəbul edilməyib. Çünki, belə çıxır ki, mən borcumu almaq üçün hələ 10-15 il də gözləməliyəm...

Cənab Prezident!

Cənab Nazir!

Mənim üçün maraqlıdır ki, maddi imkansızlıq səbəbindən cəmi 2-3 ay aliment ödəyə bilməyən şəxslər dərhal həbsə atıldığı halda, 7 aydır məhkəmə qərarının icrasını yerinə yetirməyən Şahin Bəşirov nə üçün məsuliyyətə cəlb olunmur?! İcraçı Vüqar Alıyevin onu müdafiə etməkdə məqsədi və marağı nədir?

Məndə olan məlumata əsasən, Ş.Bəşirovun arxasında yeznəsi - bacısının həyat yoldaşı DTX əməkdaşı Heydərli Anar İsrafil oğlu və adını hələlik açıqlamadığım yüksək çinli zabit durur. Görünür, bu iki şəxs ona himayədarlıq etdikləri üçün özünü “toxunulmaz” hesab edir.

Ən maraqlısı isə odur ki, baş verənlərlə bağlı Ədliyyə Nazirliyinə rəsmi müraciət etsəm və dəfələrlə zəng vursam da, indiyədək şikayətlərim cavabsız qalıb.

Bütün bunları nəzərə alaraq, Sizdən xahiş edirəm ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 14.10.2024-cü il tarixli qərarı əsasında Bəşirov Şahin Bəşir oğlunun mənə ödəməli olduğu 17 min manat vəsaitin ondan alınaraq, mənə qaytarılması ilə bağlı göstəriş verəsiniz”.

Qeyd edək ki, Ülviyyə Həsənovanın şikayəti ilə bağlı icraçı Vüqar Alıyevlə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizi cavabsız qoydu.

Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adları çəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 May 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri