Evlənmək məqsədilə birlikdə yaşayıblar, yalvardı ki… VİDEO
Icma.az, Pravda.az saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, Bakıda itkin düşmüş kimi axtarış aparılan şəxslər tapılıb.
Paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarış aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.
Onu da qeyd edək ki, yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Tapılan yeniyetmələrin valideynləri Baku TV-yə danışıb.

